Şahan Gökbakardan azərbaycanlılara ŞİKAYƏT: “Mənim də bir ailəm var”

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 524
Səs ver:
(səs: 0)
“Receb İvedik-5” filmində boks kadrları ətrafında yaranmış qalmaqal səngimək bilmir.
Publika.az xəbər verir ki, azərbaycanılar etiraz əlaməti olaraq filmdə baş rolu oynayan Şahan Gökbakarın "İnstagram" səhifəsinə çoxsaylı tənqidlər yazıb.
Ş.Gökbakar da öz növbəsində azərbaycanlıların "İnstagram"da onu tənqid etməsinə cavab verib.
Aktyor bildirib ki, boks səhnələrinə görə, bu qədər tənqidə məruz qalmağa layiq deyil: “Mən filmimdə 8 ölkənin təmsilçisi ilə mübarizə aparıram: Rusiya, Çin, Yunanıstan, Ukrayna və Azərbaycan. Azərbaycanı da filmimə əlavə etməklə qardaşlıq mesajı verdim. Amma haqqım olmadığı halda tənqid, böhtan, aşağılanmaya məruz qaldım. Mən də insanam, mənim də bir ailəm var. Bu film Avropa ölkələrinin bir çoxunda rekord sayda izlənir. "Ölkəmizlə qardaşlıq mesajı verdin" deməkdənsə, "Niyə vurdun?" deyirlər. Boksda vurmaq yoxdur? Düzünü deyim ki, çox incidim”.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri