"Receb İvedik"də azərbaycanlıların təhqir edildiyi səhnə filmdən çıxarıldı - VİDEO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 1 706
Səs ver:
(səs: 0)
Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Şahan Gökbahar yeni çəkdiyi “Receb İvedik 5”dəki səhnə azərbaycanlıların qəzəbinə səbəb olub.

BiG.AZ xəbər verir ki, onun filmdə azərbaycanlı boksçunu vuraraq kənara atması müzakirələrə səbəb olub.

O, bu haqda sosial şəbəkədə yaydığı videoda bildirib:

“Bildiyiniz kimi, iki gün öncə “Receb İvedik 5”in fraqmentini yayımladıq. Filmi çox böyük bir maraqla qarşıladınız, 10 milyondan çox izlənmə oldu. Bizi bununla qürurlandırdınız, çox təşəkkür edirik.

Onu deyim ki, filmdə azərbaycanlı boksçu ilə olan səhnə böyük səs-küyə səbəb olub. Mən filmlərimi gülmək və güldürmək üçün çəkirəm. Hər zaman da belə etmişəm.

Azərbaycan türkü qardaşımın narahatlığı könlümü yaralayar, bu, mənə xoş olmaz. Həmin səhnəni filmimdən sevə-sevə çıxarıram. Bu, qardaşlığımın, dostluğumun mərd şəkildə sübutu olsun. Həm də pis niyyətlə filmimin üzərinə gedən insanların oyunu pozulmuş olsun. Hamınızı çox sevirəm. Haqqınızı halal edin”.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri