Texas pirojnası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 749
Səs ver:
(səs: 2)
Tərkibi:
350 qr pecenye
5 x/q buğdalı lopa
100 qr kərə yağı
1,5 -2 banka qatılaşdırılmış süd
Yarım ədəd limon
1 böyük şokalad plitkası
130-150 qr qoz ləpəsi
1 st kişmiş
150-200 qr kakos
50-100 qr qara şokalad

Hazırlanması:
Peçenye blenderdən keçirilir, buğda lopaları, yağ əridilib əlavə edilir, yaxşı qarışdırılır.
Formaya kağız sərilir, hazır kütlə əlavə edilib, yaxşıca döyəcləyib presləmək lazımdır.
Şokald sürtkgəcdən keçirilib səpilir.
Xırdalanmış qoz ləpəsi və kişmiş qarışdırılıb sərilir.
Sonra eyni bərabərlikdə kakos səpilir.
Qatılaşdırılmış südə limon suyu əlavə edib qarışdırılır və kakosun üzərindən yayılır.
150 dərəcədə, 30 dəqiqə müddətində sobada saxlanılır.
Hazır pirojnalar kvadrat şəklində doğranılır.
Qara şokalad əridilərək zövqə görə bəzədilir.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri