Tərkibi: Xəmir üçün: un - 4 st kefir - 200 q kərə yaği - 200 q sirkə - 1 x.q zeytun yaği - 1 x.q küncüt - 1 x.q yumurta sarisi - 1 ədəd
İçlik üçün: Badımcan - 2 ədəd feta pendiri - 200 q keşniş - 1/2 dəstə duz -zövqə görə
Hazırlanması: - badımcanları 180 dərəcə qızdırılmış SOBAda 25-30 dəq bişiririk - Badımcan bişənə qədər Xəmiri hazırlayırııq. Yağ yumşaq olmalıdır, kefir soyuq olmalıdır, unu ələkdən keçirdirik, kefir, kərə yağı əlavə edib, kombaynda qarışdırırıq. 5 dəq qoyuruq qıarağa - sonra yene qarışdırırıq, sirkə , zeytun yağı əlavə edirik, xəmir yoğururuq. xəmiri kündələyib, 30 dəq -lik soyuducuya qoyuruq. - badımcanları soyuruq, xırda - xırda doğrayırıq. Pendir və göyərtini də doğrayırıq, duzlayıb qarışdırırıq. - xəmiri soyuducudan çıxardırıq. stolun üstünə un səpib xəmiri düzbucaqlı şəkildə 5 mm qalınlığında yayırıq. sonra eni 7 sm olan zolaqlar şəklində kəsirik - içliyi xemirin bir qırağından elə qoyuruq ki, digər tərəfini bükəndə üçbücaq alınsın - yumurta sarısını 1 qaşıq su ilə qarışdırırıq, burekasların üzərinə çəkirik və küncüt səpirik - SOBAnı 180 dərəcəyə qədər qızdırırıq, listə perqament kağızı səririk, 30 dəq qızılı rəng alana qədər bişiririk.