Tənbəl düşbərə resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 5 428
Səs ver:
(səs: 5)
Tərkibi:
Düşbərə xəmiri
qiymə
göyərti (keşniş, şüyüd)
duz
istiot
toyuq bulyonu

Hazırlanması:
Saytımızda düşbərə resepti ilə bölüşmüşdük, bu isə tənbəl düşbərədir. Niyə məhz tənbəl? Çünkü düşbərəni büküb hazırlama hissəsi əlnən deyil, xüsusi düşbərə aləti ilə görülür. Və beləliklə vaxta və insan zəhmətinə qənaət edilir.
Xəmirin hazırlanması adi düşbərə reseptində yazdığımız qaydada aparılır. Qiymə barəsində həmçinin saytımızda qeyd edilib. Ona görə keçirik əsas hissəyə.
1. İnqredientlər.
2. Nazik lay xəmir yayılır və düşbərə alətinin üzərinə sərilərək üstündən oxlovla keçilir. Xəmirin üzərinə, alətin dəliklər hissəsinə qiymələr əlavə edilir.
3. Üzərinə ikinci lay xəmir sərilərək üstündən oxlovla keçilir.
4. Qıraqdaki xəmir ayrılıb götürülür, alət çevrilir və düşbərələr taxtanın üzərinə düşür.
5. Toyuq bulyonu qaynadılır, üzərinə düşbərələr əlavə edilir bə 15 dəqiqə bişirilir. Düşbərələr əlavə edildikdə bulyona zövqə xırda doğranmış şüyüd də əlavə etmək olar.
6. Hazır edildikdə bulyonla birgə boşqablara verilir.

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Tənbəl düşbərə resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 5 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri