Aşağıdakı ölçüdə hazırlanan içki 4 nəfər üçün nəzərdə tutulub.
Tərkibi:
Şəkər - 0,3 stəkan
Su - ½ stəkan
Nanə yarpağı - ½ stəkan
1 ədəd qırmızı qreypfrut
ağ stəkan rom - ¾ stəkan
buz - 3 stəkan
mineral su - 1 stəkan
Hazırlanması:
1 Qazanda şəkəri və suyu qaynadın. Qazanı oddan götürdükdən sonra üzərinə nanə yarpağını əlavə edin. Qazanın qapağı örtün və 10 dəqiqə saxlayın. İçkini süzün və soyudun.
2. Qreypfrutun qabığını soyun, uzun-uzun doğrayın və üzərinə romu əlavə edib. 30 dəqiqədən sonra onu da süzün.
3. Qreypfrutun seqmentini təmizləyin.
4 Hər qədəhə 2-3 dilim qreypfrut qoyun. Üzərinə 0,75 stəkan buz əlavə edib. 3 xörək qaşığı romu, 2 xörək qaşığı nanəli siropu 0,25 stəkan mineral su ilə qarışdırın və qədəhə tökün. İçkinin üzərini də nanə yarpaqları ilə bəzəyə bilərsiniz.