Qızılgül şərbəti

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 3 090
Səs ver:
(səs: 0)
Ərzaqlar:
200 qram qızılgül ləçəyi
1 stəkan şəkər tozu
1 litr su
0,5 qram limon cövhəri, yaxud 1 çay qaşığı limonun dörddə bir hissəsi.

Hazırlanması:
Çəhrayı ləçəkləri (şehlidirsə daha yaxşı) minalı qazana tökün. Üzərinə su əlavə edib, qazanın qapağını kip örtün. Sonra vam odda qaynara düşən kimi ocaqdan endirin və qapağı gütürmədən soyudun.
Başqa bir minalı qazana şəkər tökün, qızılgül həlimini ora süzün və vam odda bişirin. Qaynara düşənə yaxın ocaqdan endirin, qapağı götürmədən 18-20 dərəcəyədək soyudun. Limon cövhəri əlavə edildikdən sonra 8-10 dərəcəyədək soyudun, yaxud süfrəyə qoyanda şərbətin içinə bir neçə buz parçası atın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri