Göyəm turşusu resepti

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 2 427
Səs ver:
(səs: 0)
Qışda qızartma yeməklərin və xəmir xörəklərin yanında göyəm turşusunun öz yeri var. Sizlərlə hazırladığım göyəm turşusunun reseptinı paylaşıram.

Tərkibi:
2kq tam yetişməmiş göyəm
6 baş sarımsaq
Hər bankaya 2-3 ədəd olmaqla dəfnə yarpağı
1 qaşıq quru nanə
Duz
Sirkə cövhəri

Hazırlanması:
Göyəmlər təmiz yuyulur. Saplaqlarını çıxarmağa ehtiyac yoxdu. Sarımsaqlar təmizlənir. Təmiz yuyulub qurulanmış bankalara göyəm və sarımsaq yığılır. Arasına dəfnə yarpağı qoyulur və quru nanə tökülür. 1litrlik bankaya 1ç.q. duz və 2x.q. şəkər tozu tökülür. Üstünə qaynar su əlavə olunub qazana yığılır və 30 dəqiqə sterilizə olunur. Qazandan çıxarılan turşunun üzərinə 0,5 ç.q. sirkə cövhəri əlavə edilib dəmir qapaqla bağlanır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri