Sarımsaq turşusu

Müəllif: Pure Love
Şərhlər: 12
Baxılıb: 15 792
Səs ver:
(səs: 1)
Tərkibi:
Sarımsaq
Duz
Sirkə
Ətirli istiot
Dəfnə yarpağı

Hazırlanması:
Sarımsağı sirkəyə 2 üsulla qoymaq olar: bütöv və ya “dişlərə” təmizlənmiş. Əgər təmizlənmiş sarımsağı sirkəyə qoyursuzsa, onda qabığı təmizlənmədən sarımsaq dişlərini birbaşa bankaya (əvvəldən qaynar su ilə yaxalanmış) yığırsız. Bankaya sarımsaqdan qabaq ədviyyəni və duzu yığın. Bunların üzərinə sirkə tökülür. Qaynara verilmiş qapaqla bankanı bağlayın və ehtiyatla bir neçə dəfə bankanı çevirin ki, ədviyyat tam yayılsın. Bankanı sərinə qoyun. 1 aya yetişəcək.

Əgər sarəmsağı bütöv sirkəyə qoyursuzsa, onda sarımsağı üst qalın qabığını təmizləyin (alt qabıq qalmalıdır). Qaba 1 litr su töküb 20 gr. duzu əridin. Sarımsaqları bu qaba qoyun, belə ki, onlar tam duzlu suda olmalıdır. Sonra sarımsaqlar “ağırlaşıb”, özləri “dibə” enəcəklər. Belə vəziyyətdə sarəmsağı 6-7 gün saxlamaq lazımdır. O, rəngini dəyişəcək.

Qaynara verilmiş bankaya ədviyyəni yığıb, duzu tökün, sonra isə sudan çixarılmış sarımsaqları. Üzərinə sirkə töküb qaynara verilmiş qapaqla bağlayın. Bir neçə dəfə bankanı çevirib, sərin yerə qoyun. 1 aya dəyəcək.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 15 792
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri