Tərkibi: 400 q armud 100 q şəkər tozu 2 x.q. limon şirəsi 1 x.q. xaş-xaş 0,5 budaq vanil
Hazırlanması: Armudun cecəyini çıxarıb kubik doğrayın. Qabığını da soya bilərsiniz, amma çox nazikdirsə, saxlaya bilərsiniz. Üzərinə şəkər tozu səpin, 1 qaşıq limon şirəsi töküb 1,5-2 saat saxlayın. Şirəsi çıxacaq. Vanil budağını aralayıb əlavə edin. Vam odda bişirin. Qaynara düşəndən sonra səliqə ilə qarışdıraraq 20 dəqiqə bişirin. Xaş-xaşı quru tavada qovurun. Xaş-xaşı mürəbbəyə qatın, 1 x.q. limon şirəsi əlavə edib yenidən ocağa qoyun, 10 dəqiqə bişirin. (Bu mərhələdə ocağa qoymazdan əvvəl onu blenderdən keçirib püre halına da sala bilərsiniz, o zaman cem olacaq). Sterilizə edilmiş bankalara yığın.