Tərkibi: 1 kq sarımsaq 1,5 x.q. duz 1 x.q. doğranmış nanə 1 ç.q. kəklikotu 0,5 ç.q. adaçayı yağ
Hazırlanması: Sarımsağı təmizləyin, yuyub iri bankaya yığın. Duz, doğranmış nanə, kəklikotu və adaçayı yarpaqları əlavə edin. Bankanın ağzına rezin qapaq qoyub yaxşıca silkələyin. 3 gün ağzıbağlı halda qaranlıq yerdə saxlayın.
3 gün sonra sarımsaqları 100-200 ml-lik balaca, ağzı burulub bağlanan bankalara yığıb ağzınadək bitki yağı tökün. Günəbaxan, yaxud zeytun yağı olmasına özünüz qərar verin.