Tərkibi:
500 q toyuq filesi
50 q kərə yağı
1 ədəd yumurta
2 x.q un və ya kartof nişastası
Duz
Duru yağ
Hazırlanması:
Əvvəlcə toyuq filesini ətçəkən maşından keçiririk.
Sonra üzərinə yağ, yumurta və duz vururuq.
Hamısını birlikdə yaxşıca qarışdırırıq.
Sonra qaşıqla götürüb,
Əvvəlcədən yağ əlavə olunmuş tavaya qoyub,
Hər tərəfli qızardırıq.
Nuş olsun!