Hazırlanması:
Toyuğu təmizləyin, üzərinə duz, istiot, başqa bəyəndiyiniz ədviyyat çəkin. Əriştəni azca duzlanmış suda tam hazır olanadək bişirin.
Doğranmış soğanı, qaraciyəri 3-5 dəqiqə qovurun. Sonra göbələk və 3-4 x.q. su əlavə edin, daha 3 dəqiqə bişirin. Ədviyyat əlavə edib, pendir və əriştəylə qarışdırın. Soyudun.
Toyuğun içini bu qarışıqla doldurun, tikin. Üzərinə ərinmiş kərə yağı çəkin. Üstünə folqa çəkib sobada 1 saat 15 dəqiqə bişirin.