Kabaçki ruleti ətlə resepti

Müəllif: emis
Şərhlər: 6
Baxılıb: 4 888
Səs ver:
(səs: 2)
Tərkibi:
— Çəkilmiş ət (yağlı olmamalıdır) — 500 qr
— Soğan — 1 dənə
— Kabaçki — 3 dənə
— Yumurta — 1 dənə
— Xama — 2 xörək qaşığı
— Pendir (holand pendiri və s.) — 100 qr
— Duz, istiot — zövqə görə
— Göyərti (keşniş, reyhan)

Hazırlanması:
1. Çəkilmiş ət, xırda doğranmış soğan və göyərti, yumurta, xama, duz, istiot yaxşı qarışdırılır.
2. Kabaçki yuyulur və bir qədər qalın doğranılır (şəkildə göstərdiyi kimi).
3. Ət və kabaçkilərdən kiçik ruletlər düzəldirik.
4. Ruletləri ayrı-ayrı olmaqla folqaya kip büküb, tavaya düzürük və sobada 180-200 C-də təxminən 30-40 dəqiqə ərzində bişiririk.
5. 30-40 dəqiqə keçdikdən sonra tavanı sobadan çıxardırıq, folqanı açırıq, ruletin üzərinə sürtgəcdən keçirilmiş pendir səpirik və açıq vəziyyətdə pendir əriyənə kimi sobaya qoyuruq.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri