İlan salatı - RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 238
Səs ver:
(səs: 2)


Ərzaqlar:

4 orta kartof,
200qr toyuqun döş əti
3 yumurta
pendir
1diş sarımsaq,
mayonez,
Bəzək üçün:
Xiyar turşusu, daha 2 yumurta, göyərti, konservləşdirilmiş qarğıdalı və yerkökü də istifadə edə bilərsiniz. 
Hazırlanması:
Bişirilimiş, soyudulmuş kartov və yumurta rəndədən keçirilir. Döş əti didilir, sarımsaq əzilir və duzla bərabər hamısı mayonezlə qarışdırılır. 
Qarışığı geniş bir qaba ilan formasında yayılır, xırdalanmış yumurta ustən səpilir, nazik doğranmış xiyar turşusu səliqə ilə üstən düzülür, gözlərə bölünmüş qara zeytun qoyulur, kökdən tac kəsilir, üz hissəyə qarğıdalı düzülür. Yumurtadan artıq qalanını sarımsaqla, pendirlə, mayonezlə köyərti ilə qarışdırıb ilan yumurtasına bənzədilir və ilanın yanına düzülür.

 

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 9 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri