Ərzaqlar: Zeytun yağı – 3 x.q Üzüm sirkəsi – 2 x.q Bal – 1 ç.q Sarımsaq – 1 diş Pomidor – 2-3 əd. Qırmızı soğan – 1 əd. Çörək – 4 dilim Xiyar – 2 əd. Reyhan yarpağı Duz, istiot
Hazırlanması: Xırda doğranmış sarımsağı zeytun yağı, bal və sirkə ilə qarışdırın. Pomidoru, xiyarı iri şəkildə doğrayıb, əlavə edin. Duz, istiot vurun və 15-30 dəqiqə gözləyin. Çörək dilimlərini sobada azca qızardıb, üstünə sarımsaq sürtün və iri kub şəklində doğrayın. Ərzaqları qarışdırın, reyhan yarpağı ilə bəzəyib süfrəyə verin.