Hər kəsə bəllidir ki, qida insan sağlamlığı üçün ən əhəmiyyətli şeydir. Ona görə də sağlam qidalanmaq üçün nə yediyimizə xüsusi diqqət etməliyik. Qadınla.comun reseptini verdiyi bu bulka isə ləzzətli olmaqla yanaşı, insan orqanizmi üçün də faydalıdır.
Tərkibi: 2 yumurta (yumurtalardan birinin sarısını üzərinə sürtmək üçün ayırın) 1 stəkan qatıq 1 stəkan duru yağ 1 xörək qaşığı kərə yağı 2 çay qaşığı şəkər tozu 1 çay qaşığı sirkə 1 çay qaşığı duz 1 paket qabartma tozu Bir az doğranmış şüyüd 1 stəkan rəndələnmiş pendir. 2 stəkan yarım qarğıdalı unu .Apardığı qədər buğda unu.
Hazırlanması: Bütün ərzaqları qarışdıraraq, buğda ununu yavaş-yavaş əlavə edərək, yumşaq ələ yapışmayan xəmir yoğurun. Xəmirdən istədiyiniz ölçüdə qoparıb yuvarlayın və soba qabına düzün. Üzərinə yumurta sarısı sürtüb azacıq qarğıdalı unu səpin. Əvvəlcədən qızdırılmış 175 dərəcəlik sobada qızarana qədər bişirin.Çayınızın yanında yeyə biləcəyiniz ləzzətli bulkalarınız hazırdır.