3 ədəd yumurta
1 su stəkanından 1 barmaq az toz şəkər
1 su stəkanı süd
Yarım su stəkanı maye yağ
1 paket qabartma tozu
1 paket vanil
2.5 su stəkanı un
üzəri üçün:
7-8 yemək qaşığı vişnə marmeladı
Yumurta ilə şəkəri qarışıq bayazlayana qədər bolca çırpın. Süd, maye yağ, un, qabartma tozu və vanili də əlavə edərək keks xəmirimizi hazırlayaq. Təxminən 30cm diametrində bir borcam istifadə edin. Yağladıqdan sonra keks xəmirinizi nimçəyə tökün. Üzərinə dilədiyiniz miqdarda vişnə marmeladından qaşıq köməyi ilə gəzdirin. 170 dərəcədə əvvəldən istilətdiyiniz sobada bişirin. Nuş olsun..