Tərkibi: 2 su stəkanı un 1 su stəkanı süd 1 su stəkanı su 2 yumurta 1 kasa qoz Yarım su stəkanı nişasta Yarım su stəkanı zeytun yağı 1 su stəkanı doşab
Hazırlanması: Dərin bir qabın içərisinə unu alın. Daha sonra ortasını yumru açaraq, süd, su, yumurta, zeytun yağı və nişasta əlavə edərək qulaq məməsi konsistensiyasına gələnə qədər yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb fitil şəklini verin.
Fitili düyünləyin kənara qoyun.
Dərin bir qazanının içinə bol yağı qoyun. Hazırlanan xəmirləri qaynar yağın içərisinə atıb qızardın.
Yağını süzdürüb boşqaba alın. Üstünə doşab töküb qoz səpəndən sonra servis edin.