Tərkibi: - yarım kq albalı - 150 qr kərə yağı - 1 stəkan şəkər tozu - 4 iri yumurta - 200 qr un - 1 çimdik duz - 1 ç.q. qabartma tozu - vanilin
Hazırlanması: Albalını yuyun, çəyirdəklərini çıxardın. Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə çalın. Duz əlavə edin, bir-bir yumurta əlavə edin, hər dəfə yaxşı çalın. Unu qabartma tozu ilə birlikdə ələyin, hissə-hissə xəmirə əlavə edin, çalın. Sobanı 180 C qədər qızıdırın. Formaya kərə yağı çəkin, un səpin, xəmir tökün, üzərinə albalını düzün. Albalının üzərinə 1-2 x.q. şəkər tozu səpin. Piroqu təxminən 40-45 dəq. bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın. Piroqu soyudun, üzərinə pudra səpin.