Ilk öncə xəmiri edirik. Duz və balı suda həll edirik, un əlavə edib xəmir yoğururuq. 2 saat soyuducuda saxlayırıq. Bu arada içliyi hazırlayırıq. Mannanı süddə bişirib soyuduruq,kəsmik,səkər,darcin, vanil və cukat əlavə edib qarısdırırıq. Daha sonra xəmiri lavaş kimi nazik yayırıq. Az yağlayıb rulet kimi bükürük. Ən az 1 saat soyuducuda saxlayırıq. Daha sonra 1sm qalınlığında kəsirik və uzadib səkildəki kimi konus forması veririk. İçinə içlik qoyub bükürük.