Sosis və bibərləri çox kiçik olacaq şəkildə doğrayın. Unu , mayanı və duzu dərin bir qaba alıb qarışdırın; üzərinə yumurta, zeytun yağı və kərə yağını əlavə edib yoğurun. Xəmir hamar olunca üzərinə sosiskaları və bibərləri əlavə edib çox az yoğurun. Üzərinə nəmli bir örtük örtərək 45 dəqiqə mayalandırın. Ortası dəlik keks qəlibini yağlayın. Xəmiri uzun və qalın bir rulo edib qəlibə yerləşdirin. 30 dəqiqə daha mayalandırın. Üzərinə kəsiklər edib, əvvəldən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin. Bir az dinləndirdikdən sonra dilimləyin.