Tərkibi:
3 yumurta
1,5 st. şəkər tozu
1 st. un
1 limon
Hazırlanması:
Yumurtaların ağını sarısından ayırıb 1 st. şəkər tozu ilə möhkəm çalın. Sonra yumurta sarılarını, ələnmiş unu əlavə edib eynicinsli kütlə alınanadək çalın.
Perqament döşənmiş siniyə tökün, hamarlayıb 180 dəqiqə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Bu müddətdə içi hazırlayın: limonu yuyun, qurudun, sürtgəcdən keçirib 0,5 st. şəkər tozu ilə qarışdırın.
Biskvit hazır olanda çıxarıb dəsmalın üstünə qoyun, üzərinə iç çəkib rulet kimi bükün.