Tərkibi:
1 stəkan un
120 qr. otaq temp. kərə yağı
4 x/q qəhvəyi şəkər
Toffi kremi üçün:
50 qr. kərə yağı
4 x/q qəhvəyi şəkər
400 qr. qatılaşdırılmış süd
Əlavə olaraq:
150 qr. südlü şokolad (qara şokolad zövqə görə)
30 qr qoz və ya fındıq
Hazırlanması:
Qaba unu əlavə edib hissələrə doğranmış kərə yağı ilə qarışdırırıq (döyün-umac kimi). Şəkər əlavə edib xəmir yoğururuq. (el dilində pesoçnu xəmir)
Xəmiri dördkünc soba qabına yayırıq və çəngəl ilə bir neçə yerdən deşirik ki, bişirən zaman şişməsin.
180 C dərəcə istilikdə çəhrayı rəng alana qədər bişiririk.
Krem üçün tavaya yağ, şəkər və qatılaşdırılmış südü əlavə edirik. Alçaq atəşdə müntəzəm qarışdıraraq qaynayana qədər bişiririk. Kütlə qatılaşıb açıq sarı rəng olub tavanın kənarlarından ayrılana qədər bişiririk. Tefal tavada bişirsəz daha yaxşı olar.
Hazır kremi soyumuş keksin üzərinə çəkirik və yenidən soyumağa qoyuruq.
Bu arada su vannasında benmari üsulu şokoladı əridirik.
Kremin üzərinə böyük doğranmış qoz-fındıq və ya yer fındığı (oryex) səpirik və əridilmiş şokoladı çəkirik.
Sərin bir yerdə özünə gəlməsi üçün gözlədirik.
Servis edən zaman kvadrat peçenye formasında kəsirik və qonaqlarımıza ikram edirik.