Tərkibi:
biskvit üçün:
yumurta - 5 ədəd
un - 1 st
şəkər tozu - 1st
qabartma tozu - 10 qr
vanil - 5 qr
Bəzədilməsi üçün:
xama və ya qaymaq - 500 qr.
şəkər - 2 x.q.
kivi, çiyələk
Hazırlanması:
İlk öncə yumurtaları sındırıb ağını, sarısından ayırırıq. Bir qabda yumurtanın ağını mikserlə çalırıq, şəkər tozunu əlavə edirik, yenidən qarışdırırıq, yumurta sarısını da əlavə edib yüksək sürətdə qarışdırırıq. Sonra unu, qabartma tozu və vanili əlavə edib taxta qaşıqla qarışdırırıq.
Sobanı 180-200 dərəcə qızdırıb, soba qabına xəmirin yapışmaması üçün yağ vururuq, daha sonra xəmirimizi qaba əlavə edib bişməsini gözləyirik. Xatırladım ki, ilk 15 dəqiqə müddətində sobanı açmaq olmaz!
Biskvit hazır olduqdan sonra onun soyumasını gözləyirik.
Kənarda xama və ya qaymağın üzərinə 2 qaşıq şəkər tozu əlavə edib (şəkər tozu əriyənə qədər) qarışdırırıq. Sonra 20-25 dəqiqə soyuducuda saxlayırıq.
İndi isə bəzəyək, soyudulmuş biskvitimizi 2 hissəyə bölürük, birinci hissənin üzərinə hazırladığımız kremdən çəkirik və doğranmış meyvələrdən düzürük, 2-ci hissəni də əlavə edib kremləyirik, yenidən meyvələri əlavə edirik.
Ən sonda 2 saat soyuducuda saxlayırıq və ...