Tərkibi:
2 yumurta
250 qr şəkər
1 cimdik duz
150 qr marqarin
150 ml buttermilch
280 qr un
2 yemək qaşığı kakao
1 çay qaşığı qabartma tozu
yarım çay qaşığı darçın
qırmızı qida boyası
Kremi üçün:
300 qr sürmə pendir
100 qr marqarin
150 qr şəkər
200 qr süzmə qatıq
Hazırlanması:
Yumurta, duz, marqarin və şəkər çırpılır. "Buttermilch” və qırmızı qida boyası da əlavə edilib çırpılır.
Digər vəsaitlər də ələnərək qarışığa əlavə edilir və bir az daha çırpılır.
Yağlanmış 20 sm-lik keks qəlibinə bu qarışıq tökülür.
Əvvəldən isidilmiş 170 dərəcəlik sobada 50 dəqiqə bişirilir.
* Buttermilch Azərbaycanda yoxdur, evdə hazırlamaq üçün;
1 su stəkanı süd otaq istiliyində qızdırılıb. İçinə 1 yemək qaşığı sirkə qoyulub qarışdırılır və 10 dəqiqə istirahət etdirilir.
Süd otaq istiliyinə yaxın olmalıdı, əks təqdirdə içinə sirkə qoyulduğunda kəsilib çökər.
Keksin kremi üçün də bütün vəsaitlər qarışdırılıb təxminən 2 dq çırpılar.
Keks soyuduqdan sonra üç qat halında kəsilər, aralarına kremdən sürtülər. Keksin üzərini də qalan kremlə örtün sonra 2 saat qədər soyuducunda gözlədin.