Zaher tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5113
Səs ver:
(səs: 4)
Tərkibi:
- 6 yumurta
- 180 qr şəkər tozu
- 150 qr şokolad
- 120 qr kərə yağı
- 10 qr vanilli şəkər
İçlik:
- 200 qr ərzik cemi
Qlazur:
- 150 qr şokolad
- 100 qr qaymaq
- 50 qr kərə yağı

Hazırlanması:
1. Şokoladı su hamamında əridin. 
2. Yumşaq kərə yağını şəkər tozunun yarısı ilə və vanilli şəkərlə yaxşı çalın.
3. Yumurta sarısını əlavə edin, yenə də yaxşı çalın.
4. Şokolad əlavə edin, çalın.
5. Yumurta ağını yaxşı çalın, hissə-hissə şəkər tozunun 2-ci hissəsini tökün.
6. Şokoladlı kütləyə çalınmış yumurta ağını əlavə edin, qaşıqla aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırın.
7. Unu kütlənin üzərində ələyin, ehtiyatla aşağıdan yuxarıya doğru qaşıqla qarışdırın.
8. Formaya xüsusi kağız sərin, xəmiri ehtiyatla qoyun və hamarlayın.
9. Sobanı qabaqcadan 180 C qədər qızdırın və xəmiri sobada təxminən 25-35 dəqiqə ərzində bişirin. Hazır olub-olmadığını quru kibritlə yoxlayın (üzərində xəmir olmamaldır).
10. Biskviti tam soyudun.
11. Cemi blenderlə yaxşı çalın ki, hamar olsun.
12. Biskviti 2 hissəyə bölün, üzərinə cem çəkin, 2-ci hissəni qoyun, üzərinə və böyür hissələrinə cem çəkin. Soyuducuya qoyun.
13. Qlazur hazırlayırıq. Şokoladı kiçik tikələrə doğrayın.
14. Qaymağı və kərə yağını yaxşı qızdırın, lakin kütlə qaynamamalıdır.
15. Kütləni şokolada əlavə edin və yaxşı-yaxşı qarışdırın. Qlazur həmcins, qatı və parlaq alınmalıdır. Qlazur çox durudursa, bir az soyuducuda saxlayın.
16. Tortun üzərinə və böyür hissələrinə qlazur çəkin. 
17. Süfrəyə verdikdən əvvəl hazır tortu soyuducuda 8-24 saat ərzində saxlayın.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri