Dadlı peçenye - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 6 854
Səs ver:
(səs: 4)
Ərzaqlar:
Kəsmik – 350 qr
Yağ – 250 qr (yumşalmış)
Un – 420-450 qr
Qabartma tozu – 1 ç/q
Vanil
Üzəri üçün şəkər – 100 qr

Dadlı peçenye - foto resept













Hazırlanması:
Kəsmiyi vanil və yumşalmış yağla birlikdə çəngəl vasitəsi ilə əzirik. Ələnmiş un və qabartma tozunu əlavə edirik. Unun əvvəlcə 350-400 qramını əlavə edirik, lazım gəlsə qalanını da əlavə edərik. Ələ yapışmayan yumşaq xəmir yoğururuq. Xəmiri ən azı yarım saat soyuducuda saxlayırıq. Soyuducudan çıxardıqdan sonra 0,5 sm qalınlığında yayırıq. Sonra istədiyimiz forma ilə kəsirik. Xəmirin alt hissəsini, unsuz olan hissəsini şəkərə batırırıq. Soba nimçəsinə düzüb 200C dərəcə qızdırılmış sobada zəif qızılı rəng olana qədər bişiririk.

NUŞ OLSUN!
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 6 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri