ƏRZAQLAR: 500gr çiyələk 2 su stəkanı süd 1 qaşıq nişasta Yarım su stəkanı şəkər 2,5 qaşıq un 1 yemək qaşığı marqarin 1 paket vanil
HAZIRLANMASI: Əvvəla, çiyələkləri təmizləyib yuyun və ortadan ikiyə bölərək bir kənara alın. Sonra bir qazan içində süd nişasta və unu qarışdıraraq bişirin. Qazan içindəki qarışıq qaynamağa başlayanda marqarini əlavə edərək bir müddət daha bişirməyə davam edin. Bişən pudinqi bir kənara alıb bir az soyumağa buraxın. Pudinq bir az ilınanda xidmət ediləcək kasa içinə bir miqdar qoyub üzərinə çiyələkləri əlavə edin. Sonra çiyələk üzərində bir az da pudinq əlavə edin və üzərini 2-3 ədəd çiyələklə bəzəyərək soyuducusunda dincəlməyə qoyun. Yaxşıca soyuyanda çiyələk pudinq xidmətə hazır gəlir.
Not: İstəyə bağlı desertin içinə şokolad parçaları atılaraq fərqli bir ləzzət əldə edilə bilər.