Çəhrayı qartopu tortu

Müəllif: BARBI
Şərhlər: 6
Baxılıb: 9 675
Səs ver:
(səs: 8)

Çəhrayı qartopu tortu

vəsaitlər

 

4 yumurta

3 qəhvə fincanı un

4 qəhvə fincanı şəkər tozu

Yarım çay stəkanı günəbaxan yağı

Yarım paket qabartma tozu

1 paket vanil

3 yemək qaşığı kakao

kremi üçün



200 ml krem

200 qr ağ şokolad

250 qr çiyələk

üzəri üçün



1 su stəkanı hindistan qozu

1 çay qaşığı qırmızı qida boyası

1 paket krem şanti

1 çay stəkanı soyuq süd


Hazırlanması


Keks üçün dərin bir qabda yumurtalarla şəkəri yaxşıca çırpın. Şəkər eridikten sonra günəbaxan yağını əlavə edib çırpın. Un, kakao, qabartma tozu və vanil əlavə edib qarışdırın. Keks xəmirini düzbucaqlı şəkilli bir qəlibə  yerlə sdirin.əvvəldən isidilmiş 160 dərəcəyə nizamlı sobada 25 dəqiqə bişirin. İlıq keksin yarısından çoxunu kəsib streç film ilə örtülmüş bir kasaya əlinizlə basdıraraq yerləşdirin. 200 ml kremi qaynama nöqtəsinə gəlmədən istilədin. Ocaqdan alıb üzərinə qırdığınız ağ şokoladı əlavə edib əridin. Soyuducuda soyuması üçün gözlədin. Soyuyan kremi qabarana qədər çırpın. Dilimlədiyimiz çiyələkləri əlavə edib qarışdırın. Hazırladığınız kremi keksin içinə köçürün. Qalan keks ilə kasanın üzərini bağlayın. Dərin dondurucuda 30 dəqiqə gözlədin. Tortu dərin dondurucuda çıxarıb tərs çevirin. Streç filmi üzərindən alın. Krem şanti və soyuq südü mikser ilə çırpın. Tortun xaricini örtün. Hindistan qozunu qida boyası ilə qarışdırın. Krem  şantinin  üzərinə səpin. Tortu hindistan qozu ilə qapadiqdan sonra soyuducunda 1-2 saat saxlayin xidmət edin.

(səs: 8)
Şərhlər: 6
Baxılıb: 9 675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri