Küçə stilində metal effekti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 644
Səs ver:
(səs: 3)
Bu qış yalnız cəsarətli və iddialılar dəbli sayılacaq. Odur ki, nəzərlərin üzərinizdə toplanmasına səbəb olan hər trendə şans verin. Mövsümün ən qeyri-adi və diqqət çəkən trendlərindən biri də metal effektli geyim və aksessuarlardır. Bu il metal effektli geyimlərdə klassik qızılı və gümüşü rənglərlə yanaşı mis, əsgər yaşılı və çəhrayı rəng də istifadə olunub.

Düşmən ayağa baxar
Əslində, bu cür ayaqqabıları hər yerə geyinə bilərsiniz. Yəni, gecə gəzintilərindən tutmuş iş yerinə qədər hər yerdə metal effektli ayaqqabıya üstünlük vermək olar. Ancaq bu tip ayaqqabıları idman stilindəki rahat geyimlərlə uyğunlaşdırmaq daha yaxşıdır.
 
Ətəklər bərq vurur
Belə ətəklər gündəlik stil üçün uyğundur. Metal effekt iddialı göründüyü üçün onu sadə geyimlərlə, məsələn, qara rəngli kofta və ya qara rəngli çanta ilə tamamlaya bilərsiniz.
 
Şalvarınla göz qamaşdır!
Şalvarlarda əsasən, qızılı rəngə üstünlük verin. Belə şalvarı qara rəngli kofta və ya köynəklə geyinmək olar.
 
Çantalar da parıldayır
Metal effektli geyimləri həddən artıq dəbdəbəli hesab edirsinizsə, bu trendlə ayaqlaşmaq üçün aksessuarlara müraciət edin. Metal effektli çanta sizin üçün ən yaxşı seçim ola bilər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 12
Baxılıb: 3 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri