Cinsəlliklə bağlı hər kəsi ilk maraqlandıran öpüşməkdir. Sadə, asan görünsə də əslində bir çox qəribə yönü var.
Bir çox insan ilk sevişmədənsə, ilk öpüşünü daha dəqiq xatırlayır.
Heç kim niyə öpüşdüyündən tam olaraq əmin deyil. Öpüşmək bir anlamda bioloji olaraq "tüpürcək alış-verişi” kimi qəbul edilir.
Öpüş həyat xilas edir. 1980-ci illərdə aparılan bir çalışmanın
nəticələrinə görə, işə gedərkən evdən çıxanda həyat yoldaşını öpənlər
öpməyənlərdən daha az qəza keçirmə riski var, daha uzun yaşayır və daha
çox gəlir sahibi olurlar.
Öpüşmək hər mədəniyyətdə yoxdur əslində. Antropoloqların araşdırmasına
görə, Asiya, Afrika və Cənubi Amerika mədəniyyətində "öpüşmək” deyilən
şey yoxdur.
Bəzi insanlar öpüşməkdən qorxur. İlk öpüş zamanı gərginlik olması
normaldır. Ancaq bəzi insanlarda bu, xroniki hal alıb fobiyaya çevrilir.
Öpüşmə qorxusunun adı isə "philemaphobia” adlanır.
Öpüşmək sağlam qalmanıza kömək edir. Öpüşərkən tərəflərin bir-birindən
aldığı bakteriyalar immuniteti gücləndirir. Çox tüpürcək isə ağız
içindəki zərərli bakteriyaları yox edir. Yüksələn ürək döyüntüləri
damarları genişlədərək təzyiqin azalmasına yardımcı olur.
İngiliscə öpüşmənin mənası olan "kiss” köhnə ingilisdəki "cyssan”
sözündən yaranıb. Öpüşərkən çıxarılan səsin təqlidi olaraq istifadə
edildiyi deyilir.
3 insandan ikisi öpüşərkən başını sağa doğru əyir. Ancaq sağ!
Öpüşmə rekordu qıran cütlüyün öpüşmə müddəti 58 saat 35 dəqiqə 58 saniyə
olub. Bu, taylandlı cütlük Ekkachai və Laksana Tiranaratdı.
Öpüşmək eyni zamanda üz idmanıdır. Öpüşərkən çənə və ağız ətrafındakı
əzələlər işləyir. 146 əzələ çalışır ki, bunların 34-ü üz əzələsi, 112-si
postural əzələlərdir. Bir dəqiqəlik öpüşmə zamanı 26 kalori yandırmaq
mümkündür.
Qaranlıqda öpüşməyə kömək edən neyronlar var. İşıqlar yanmayanda
yanımızdakı insanın dodaqlarını tapmağa hisslərimizi idarə edən bu
neyronlar kömək edir.
Öpüşmək idmanın beyinə göndərdiyi siqnalları göndərir. Ürəyin sürətli
döyünməsi, dərin və nizamsız nəfəs almanıza kömək edir. Öpüşmək insanı
güvəndə hiss etdirir, stressi azaldır.