Bir insan tanıdım həyatım dəyişdi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 329
Səs ver:
(səs: 0)
Hər kəsin həyatı boyunca gərçəkləməsini istədiyi arzuları vardır..
Mənim də uşağlıqdan bir çox arzularım oldu, bəziləri gerçəkləşdi bəziləri isə gerçəkləşmədi...
Amma mən hər zaman gerçəkləşən arzularım üçündə Allaha şükr etdim, gerçəkləşməyən arzularım üçündə...
Amma bir arzum vardir ki, bu uşağlıq arzusu deyildir, həyatın hər anı üçün edilən bir arzu idi...
Elə bir arzu ki, bunu həyatın hər bir dövrü üçün istədim...
Hanı bir zamanlar ən çox oxunan kitabların yazıçıları belə bir cümlə ilə "Bir kitab oxudum həyatım dəyişdi.” başlayırlar demək istədiklərinə...

Mən də "Bir insan tanıdım, həyatım dəyişdi.” Belə başlamaq istəyirəm...

Hər zaman arzu etdiyim arzu, hər anımda yanımda olan bir insanın var olmasıdır...

*Elə bir insan ki, önündə oturub güzgü ilə söhbət edə biləcəyin bir insan, sanki səndən biri olan insan, SƏN olan insan...
*Elə insan ki, mən güləndə mənim sevincimə şərik olan, ağlayanda isə dərdimə şərik olan bir insan...
*Elə bir insan ki, səhranın ortasında bir damla suya həyat satılan bir yerdə mənim suyum olan...
*Elə bir insan ki, Qar yağdığında ilk qar topunu onunla oynamağı istəyəsən...
*Elə bir insan ki, acdığın zaman öz qaynar kökəsini səninlə paylaşan...
*Elə bir insan ki, bilmədiyini o sənə google kimi tapıb deyən, öyrədən...
*Elə bir insan ki, dostum deyərkən üzündə təbəssüm, içində fərahlıq, gözündə xoşbəxtlik , ürəyində sevinc yaransın...

Odur ki, mən o tip insanlardanam ki, "Bir insan tanıdım həyatım dəyişdi...”


Səhvlər edirəm düzəldirsən, Tək qalıram, təkliyimi paylaşırsan, Ağlayıram, göz yaşlarımı silirsən, Sevinirəm, sən də gülürsən,Hər nə edirəm həmişə yanımda olursan...

Diləyirəm yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayar, müvəffəqiyyət nərdivanlarını qalxar və diləyirəm üzün həmişə gülər və sevincini heç vaxt itirməzsən...

Bəlkə yanında deyiləm amma bil ki, ürəyimin ən dərin yerində bu günü səninlə bərabər qeyd edirəm.
Dostluq, yaxınlıq, insanlıq, səmimiyyət, "ehtiyacım var” dediyində hətta deməsə belə orada, yanında ola bilməkdir....odur ki, bilki sən hər zaman yanımda oldun, hər günümdə hər anımda...

İnan! – amma sadəcə bildiyin həqiqətlərə
Güvən! – amma sadəcə içində inandıqlarına
Sev! – amma sadəcə layiq olanları
Paylaş! – amma sadəcə dəyərini bilənlərlə
Çalış! – amma sadəcə həqiqət yolunda
Yaşa! – amma sadəcə sevdiklərinin yanında


Sənin üçün bir tort hazırladım... "Gecə gündüz” tortu... içinə bir az şans, bir az sevgi, bir az səbir, bir az zaman, bir az müvəffəqiyyət , bir az təbəssüm, bir az ümid, bir az da mən qatdım və bunları qarışdırb sənə ad günü tortu hazırladım...


Lazım olduğu hər anımda
Oynayanda, tək qalanda...
Nəyə ehtiyacım olmasına baxmayaraq
Dərdimdə, kədərimdə, sevincimdə
Reallıqda, Virtualda.........
Arzuladığım DOST olmusan!

Mən həyatım boyu dərman istifadə etmədim, çünki ən gözəl dərman YAXŞI DOSTDUR! Və bu sənsən...!

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 329
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri