Qadınlar.Biz xəbər verir ki,psixiatr Prof.Dr.Tanju Sürmeli gəlin-qaynana məslələrinə göz gəzdirib:
Gəlin-qaynana qarşıdurması çox görülən, mədəni mərasim kimi meydana gəlmiş təkrarlayıcı bir davranışdır.Qaynanalar bəzən birbaşa, bəzən də dolayı olaraq boşanmaya səbəb ola bilirlər. Qaynana "Bu gəlini istəmirik, ailəmizə yaraşmır" kimi söhbətlər edir. Ümumiyyətlə sərhədi keçib, öz fikirlərindən yararlanılmasını istəyirlər. Analar uşaqlarını çox qoruyucu yetişdirir. Uşaqlar da böyüyəndə çox asan ananın təsiri altında qalır.