Mənim novruz xatirələrim-_AyLinKaM_ (1)

Müəllif: Totu
Şərhlər: 15
Baxılıb: 2 243
Səs ver:
(səs: 1)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.
Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.Bu gün ki qonağım _AyLinKaM_ olacaq o bizə öz novruz xatirələrini paylaşacaq.

İlk öncə Səni və bütün Qadınla.Com'luları salamlayıram:08:sonra isə məni layihənə dəvət etdiyin sənə təşəkkürümüm bildirirəm canım:wiyin:
Demək mövzü mənim Novruz xatirələrim...başlıyaq o zaman:02
Qızlarmızın çoxu bilirki mən Gürcüstanlıyam:08: ,burda Azərbaycandakı kimi adətinnən qeyd olunmur doğrusu bu bayram:hmmm:yani biri varki bütün xalq qeyd edə,biri də varki bir ölkənin yalnız azəri xalqı :hmmm:)Azərbaycanda bu bayram daha çox xoşuma gəlir)
Mən gürcü məktəbində oxuduğum üçün məktəbmizdə bu bayram ümimiyətlə qeyd olunmurdu:hmmm:,sonradan məktəbimi dəyişdim,azəri məktəbinə getdim (düzdü yol çoox uzaq idi,hərgün aftobusla getməli olurdum ama dəyərdi:128:bir azəri olaraq novruz bayramı,son zəng keçirməməy yaxşı hiss deyildi:kivir: )ondan sonra qeyd edərdik hər il :wiyin: qızlar bayram süfrəsi açardıq,fətir yayardıq:127: kosa bə keçəlmiz olardı:128: bir qız seçib bahar qızı edərdik:melek: at yarışları belə edirdik)) birdə məşhur maskalılarmız vardı,maska taxıb ayıya,vəhşi heyvana bənzər geyimlər geyinib şagirdəli qorxudardılar:ihi: bütün rahonları,şəhərləri gəzirdilər,maşının,avtobusların önlərini kəsib pul alırdılar şöferlərdən:ihi: təbii ki hərkəs onlar bayram münasibəti ilə etdiklərini bilirdilər)) davullu zurnalı girirdilər məktəbə çalıb , oynayırdılar:ihi:bizdə onlara qoşulurduq:ihi::dancing: direktor də gürcü olduğuna görə onları qovurdu ki bu bizim bayramımız deyil:hh: ama bayram keçirməyə heçnə demirdilər təbii ki:08:
Hər il bayramı keçirməy üçün nənəmgilə gedirdik rayona,tonqaldan tullanardıq,yumurta savaşdırardıq)) mən də paxlavalara zülüm edib hamısınl yeyirdim:nyam:bu bayramda paxlava yeməyin öz ləzzəti var:nyam:.
Birgün də papaq atırdıq qızlarla,orda ən balaca mən idim yaşca, çox uzaqa getmişdik:uzulen: birdən papaq atanda (kimsə itin qəsitlə açmışdı ki uşaqlar papaq atmasın:hh:) it açılıb üstümü qaçdı,məndə qaçmaq istəyəndə ayağım ilişdi balaca quyuya düşdüm:ihi:it üstümə cumdu:uhu: sağolsunlat qızlarda məni orda qoyub qaçdılar:hh::ihi: kişilər zorla çıxardılar məni quyudan:ihi: elə qorxmuşdum ki)) ogün bu gün mən papaq atmadım:hihihih:
Məndən bu qədər)) Ümid varam bu bölümü bəyənərsiz:123:
Oxuduğnuz üçün minnətdaram:mucux:
Mənim novruz xatirələrim-_AyLinKaM_ (1)
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 2 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri