Xanımların xanıma sualı var - Uzel..

Müəllif: Ay_işığı
Şərhlər: 15
Baxılıb: 3 409
Səs ver:
(səs: 1)
Xanımların xanıma sualı var - Uzel..



Hər kəsə Allahın Salamı olsun necəsiz dostlar?:03:


Lahiyəmizə davam edirik bu dəfəki qonaqmız Üzel nikidir gəlin keçək suallara və cavablara:


1.Primitiv insanlara munasibetin? Onlarla nece unsiyyet qurursan? Yalnız Arzu
- İlk öncə onu deyim ki,bu primitiv insanlar sözünü anlamadım -_- Bir nəfərdən soruşdum o tam dəqiq bilmədi,yarım qalmış kimi izah etdi mənə.Amma yenə də o sözü anlamamış bir şey deyə bilmərəm.Sualı verən xanım şərhdə izah etsin mənə sevə-sevə cavablayaram.

2.Neçə yaşı var?Səmra
- Bu yaxınlarda Tanrı yazıbsa,çoxdan gözlədiyim 17i'mi tamam edəcəm İnşə ALLAH.

3.Salam hobbisi nedir? Totu
- Aleykuma salam.Hobbim rəsm çəkmək,qısacıq hekayələr yazmaq,öz-özümə mahnı oxumaq,rəqs etmək və s.. Bəs kitab oxumaq deyə soruşsaz,kitab oxumaq mənim üçün yaşamaq demək.

4.Güvendiyin( tam güveneceyin) adam varmı?Tatyana
- Bu sualı kimin verdiyi mənim üçün çox maraqlı oldu düzünü desəm :) Güvən elə bir şeydir ki,onu hamıya verə bilmirsən.Yəni insan özündən başqa tam olaraq başqa birinə güvənə bilmir.Çünki gün gələr sənin "tam güvənirəm" dediyin insan səni elə yarı yolda qoyub gedər ki.. Belə bir söz vare "bu dünyada atana belə güvənməyəcəksən".Ona görə də tam güvəndiyim birisi yoxdur.

5.Üzəlim həyatda əldə etdiyin ən dəyərli şey nədir? Diablo
- Ou Üzəlim :D Məni anlaya biləcək və əsl dost adına layiq olan insanlar.

6.Nəyi etməkdən həzz alırsan?_Tək_İL_
- Yaş artsada elə insanlar var ki,ruhu hər zaman uşaq qalır.Ətrafımdakı insanlara görə 16 yaşlı bir qız artıq evi idarə edə biləcək qədər böyümüş olur.Amma bu mənə görə belə deyil.Mən hər zaman özümü uşaq kimi görürəm.Ona görə də balaca uşaq kimi sizin adi adlandırdığınız şeylərdən mən həzz ala bilirəm.Məsələn,göydə uçan təyyarəni izləməkdən,yağış yağanda yağışın altında çətirsiz durmaqdan,küləkli havada qısa saçlarımı açıb gəzməkdən,kəpənəyin uçuşlarını izləməkdən,qar yağanda dilimi çıxarıb o qarı udmaqdan,Günəşin çıxmasından,batmasından,yayda həyətdəki qarışqanın yorulmadan qış tədarükü etdiyini izləməkdən),cizgi filmlərdə baş qəhrəmanların qələbə çaldığını görməkdən,göydəki ulduzları saymaqdan,göy üzünü izləməkdən və s..Ən əsası Ay'lı gecələrdə Ay'baxa-baxa yatmaqdan və kitab oxumaqdan.Deyəsən çox oldu,amma bu hələ az bir qismidir :)

7.En boyuy arzun?) _pandam_
- Bütün arzularımın real olması arzusu :D Arzudan arzu doğur deyirlər.Yaş artdıqca arzular da dəyişir.Amma indiki yaşım üçün ən böyük arzum ailəmin və dost dediyim insanların xoşbəxtliyi və tələbə adını almaq :dua:

8.Salam.Aylin niki onun bacisidir? Gul.
- Aleykuma salam.Xeyr,bacım deyil.Bu saytda ilk tanıdığım və dostum olan bir qızdır ^^

9.En unudulmaz gunu? Kivircik
- Unudulmaz günlər 2 yerə ayrılır.Pis və xoş xatirələrlə unudulmayan.Pislərdən danışmaq istəməzdim.Ona görə yaxşılardan danışacam :) 15 yaşım tamam olanda sinif yoldaşlarım mənə sürpriz hazırlamışdılar.Hamı tezdən yığışmışdı,mən sinifə daxil olanda sevincimdən şok keçirmişdim) Sinifi bəzətmişdilər mənə görə,şarlarla fln,sonra da hamı bir-bir gəlib təbrik etmişdi məni.Sonra qardaşımla birlikdə keçirdiyim möhtəşəm bir gün.Məni parka aparmışdı,yelləncəkdə yellətmişdi,karuselə mindirmişdi məni :09: ^^ Əslində qardaşım yanımda olduğu üçün bunlar mənim üçün unudulmaz olaraq qalıb ^^ Məni tanıyan qızlar bilir ki,atamla aramız elə də yaxşı deyil.Amma onun mənə "qızım" deyə müraciət etdiyi günü də unuda bilmirəm..
Və uşaqlıq vaxtlarım,hər şeydən xəbərsiz..
Belə bir seylər)

10.Ailelidir ya subay?)Naz_S
- Subayam.

11.Üzele sualim o olar ki, uşaq vaxtı nə olmaq istəyib? Marsell
- Uşaqlıqdan bu yana o qədər fikrim dəyişib ki.Uşaq vaxtı ilk dediyim həkim olub.Həkim olmaq istəyirdim.Amma indi müəllimliyi seçmişəm :)

12.İtirmekden qorrduxu tek insan? Btsarmy;)
- Özüm.Çünki insan əsl özünü itirərsə,hər şeyini itirmiş olur mənə görə.

13.Həyatda hansı səhvdən qorxursanki başına gəlməsin ❤Mələyim❤
- Qorxan gözə çöp düşər deyiblər atalarımız.Ona görə də heç nədən qorxmuram.Sadəcə ailəmin və çox sevdiyim digər insanların canı sağ olsun.

14.Zamanı geri qaytarmaq şansın olsaydı, hansı hadisənin yaşamasının qarşısını alardın?Lusi
- Elə bir şansım olsaydı da kullanmazdım mən onu.Çünki nə yaşamışamsa da ya haqq etmişəm,ya da sınağım olub.Mən bütün bunları yaşamasaydım bu yerlərə də gəlib çıxa bilməzdim.Yaşadıqlarımdır məni daha da güclü edən.Olduğum yerdən davam sadəcə..




Və sonda layihəyə görə Mələyi'mə təşəkkür edirəm.

(səs: 1)
Şərhlər: 15
Baxılıb: 3 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri