:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Happy -di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Tanış olmamışıq anası məni toyda görüb bəyənib
2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Elçi göndəriblər
3. Neçə müddət nişanlı qaldınız?
1 ay nişanlı qaldıq :)
4. Toy hazırlıqları necə irəlilədi?
Hər şey qaydasında gedirdi.
5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
1 ay ərzində qaça - qaç oldu
6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Ən çox kef verən hər kəs mənə qarşı yaxşı idi, çünki 1 aylıq qonağ idim atam gildə :)
7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Xeyr, yoldaşımın belə şeylərdən xoşu gəlmir
8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Rayonda iki şadlıq sarayi var. Mən istədiyim sarayda həmin günü başqasının toyu idi deyə o birində toy eləmək qərarına gəldik
9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Şadlıq sarayının öz Fotoqrafına
10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Xeyr
11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Xeyr, gəlinliyimi qaynanam seçmişdi deyə. Mən də sözünü yerə salmadım
12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
1 saat çəkdi. Özümə qalsaydı çox çəkərdi :)
13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Xeyr əsas anasının sözüdü
14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Bəli toydan 20 gün qabaq stilist - vizajist ilə danışmışdıq
15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bəli tam ürəyimcə idi
16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Kostyumun pulunu biz verdik, özləri aldılar
17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Qız toyu - 13.09.2013
Oğlan toyu - 25.09.2013
18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Xeyr elə bir şey olmuyub.
19. Toy günü unutduğunuz bir şey oldumu?
Xeyr olmuyub
20. Toyunuzun ən gözəl anı nə idi?
Ana mahnısı çalındıqda anamın qabağımda mənimlə rəqs etməsi
21. İlk rəqs parçanız hansı idi?
Adı yadımda deyil
22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Yoldaşımın mənim əlimi tutub heç burxmaması. Və salondan çıxdığımda gözlərini məndə ayıra bilmirdi :D
23. Bir tərslik yaşandımı toy günü?
Şükür Allaha hər şey yolunda gedirdi
24.Ən çox nə vaxt həyəcanlandınız?
Vağzalı çalındığında
25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Bəli yoldaşım mənə çoxlu Kinder Surprise almışdı :))
26. Bal ayınızı harada keçirdiniz?
Elə öz evimizdə idik :)
27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
2 ili keçib :)
28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
İlk öncə xoşbəxt ailə səadəti arzu edirəm. Çalışın hər zaman
sevdiyinizi başa düşəsiniz və hər zaman yoldaşınızın pis günündə yanında
olun, ona dəstək olun. Qaynananın sözlərinidə aldırmıyın, əsas
mehribançılıqdı. Atam mən köçən günü dedi ki mənə "Qızım getdiyin yerdə
böyüklərə hörmət et uşaqlara qarşı mehriban ol. Çünki ilk öncə insan
özünə hörmət etməlidi"
Sənə də təşəkkürlər bacış məni belə gözəl layihədə yer verdiyin üçün.
Canım
mənim, ailənizin hər zaman Allahın nəzərində olmasını, birgə
yaşadığınız hər gününzün sevgi və səadət içində keçməsini diləyirəm..