Qadınlar.biz-lərlə səmimi söhbət

Müəllif: Narın Yağış
Şərhlər: 0
Baxılıb: 1 257
Səs ver:
(səs: 0)
İkinci userimiz "YalniZ-ArZu" nikli userdir buyrun xanımlar :)

1. Kişilər güclüdür yoxsa qadınlar?

Fiziki güc baxımından kişilər güclu ola bilər,amma mənəvi gücə gəldikdə biz qadınlar kişilərdən daha güclüyük,dözümlüyük.Heç bir kişi bir qadının çəkdiyi doğum sancısına dözə bilməz.Hələ bu sadəcə bir örnəkdir,hamısını yazası olsam çox uzun olar,zatən biz qadınlar öz gücümüzün fərqindəyik 08

2. Kişilər daha çox yalan danışır yoxsa qadınlar?.Buna səbəb?
Məncə bu 50\50.Tam konkret bir söz söyləmək olmaz bu barədə.Ətrafımda olan kişi və ya qadınlardan nəticə çıxararaq deyirəm bunu.Vallah elə qadın taniyiram ki,nəfəsi gedir gəlir bu da yalandır.Bir manata aldığı şeyi 10 manat deyir,yalannan şirin dil töküb arxanca da danışır.Çox tanıyıram bu tip qadınlar.Kişilərin isə yalan danışanın vabşe apar tulla)))

3. Kişilərin dostluğu güclü olur yoxsa qadınların?

Dostluğa gəldikdə kişilərin dostluğu daha güclüdür.Biz qadınların dostluqları uzun ömürlü olmur çox vaxt.Bunun birinci günahkari məhz bu kişilərin özüdür.Cünki evlənəndən sonra bəzi kişilər qadınlarını dar çərçivədə saxlayırlar o qədər qadağa falan,qadın da istər istəməz dostlarından ayrı düşür.(sonra da biz oluruq vefasiz)Ancaq kişilər daha müstəqildirlər deyə öz uşaqlıq dostluqların belə yaşlananacan davam etdirə bilirlər.

4. Kişilər işini daha həvəslə görür qadınlar? (Karierada)
Məncə qadınlar işlərində daha məsuliyyətli və həvəslidirlər.

5. Kişilərin sevgisi daha güclü olur qadınların?
Qadınlar daha güclü sevir nəyinki,kişilər.Həm də qadın sevgisi daha uzunömürlü olur.Kişi bir vaxtlar dərdindən öldüyü.uğruna canını belə fəda etməyə hazır olduğu xanımına zaman kecdikcə cox asanlıqla xəyanətdə edir,hətta döyüb söyürdə.Ancaq biz qadınlar sevgini onlardan daha ülvi hiss olaraq bəslədiyimizdən,bu hərəkətlərə göz yumuruq,dözürük...çünki atasına sevgimiz azalsada və ya bitsədə övladımıza olan sevgimiz bitməz və tükənməzdir.

6. Ailəni möhkəmləndirməkdə kişinin rolu böyükdür qadının?
Ailəni qoruyub saxlamağa gəldikdə burda hər şey mütləq qarşılıqlı olmalıdır.Hər iki tərəf bunu istəməli,bununcun nələrsə etmeəli,nələrdənsə imtina etməli ve s.Necə deyərlər Tək əldən səs çıxmaz.

7. Daha çox kim qayğı gözləyir.Kişilər yoxsa qadınlar?
BİZ qadınlar kişidən daha zərif məxluq olduğumuzdan kişilərdən bir az çox qayğıya ehtiyac duyarıq.Ancaq yetərki bizim yanımızda bu qaygını bizə bəxş edən bir kişi olsun,biz bu qayğını onlara on qat artıq qaytararıq.Və əksinə...yanında laqeyid biri olanda qadın da bu adama qarşı laqeyidləşər.Ona görə əziz kişilər NƏ ƏKƏRSİZ ONU DA BİÇƏRSİZ 08

8. Kişilər daha çox qısqanc olur qadınlar?

Biz qadınlar qısqanarıq amma bunu daha etik normada çatdırmağa çalışarıq.Məsələn mən özümdən yazım;qısqanclığımı bəlli etməyi sevmərəm,qürurum buna yol verməz.Həmdə deyirəm birdən çox sıxma boğma edərəm kişi əldən gedər 122 Nəsə söz düşəndədə deyirəm sən mənnən başqa kimə lazımsane 09 Qorxuram çox qıqanaram bu da özünü vazgecilməz zənn edər)))Amma o qısqanclığın daha sachma yolla bildirir.Məsələn yolnan gedəndə sacıma əlimi vura bilmirəm deyir sacınla oynama,televizorda bir kişi müğənni falan oxuyanda görür həvəslə baxıram çevirir srazu,dükana falan da gedəndə satıcı oğlandırsa mən onnan söz soruşa bilmərəm gərək kişimə yavaşdan deyim o da tərcümə eləsin,guya mənim dilim yoxdur...ehhh nə bilim qıcık iştə hərif dash_mini hh

9. Kişilər daha fədakardır qadınlar?.(hər mövzuda istər sevgi istərsədə başqa birşey)
Qadın fədakar deyil,qadın FƏDAKARLIIĞIN ÖZÜDÜR.Bu birmənalıdır.
Qaldı kişilərə gəldikdə isə,kişilər də fədakar ola bilərlər,əgər onların xislətində olan aşırı eqoizm olmasa.Onlara bu eqoistlik başqasına qarşı fədakar olmağa imkan vermir.

10. Uşaqların tərbiyəsində ən çox rolu olan kimdir. Kişinin yoxsa qadının? (Ailədə)

Qadın uşaqlariyla atalarından çox vaxt keçirdiyi üçün tərbiyədə baş rolu ana oynayır.

11. Bəs kim daha doğru tərbiyələndirməyi bacarır.Kişilər yoxsa qadınlar?.
Zənnimcə atalar bir az uşaqları ərköyünləşdirirlər.Çünki axşamdan axşama evə gəlirlər istəmirlər uşağın xətrinə dəysinlər.Tərbiyəyə gəldikdə oğlan uşaqlarını ataları daha düzgün tərbiyə edir...amma ümumi götürəndə tərbiyə məsələsində valideynlərin sözləri,əməlləri muütləq üst-üstə düşməlidir.Biri helə deyib,biri belə deyəndə uşaq da qalır çaş baş bilmir hansının sözünü dinləsin,gedir özünə sərf edən sözü dinləyir.Bir də təbii ki,hər bir valideyn öz övladına yaxşı örnək olmalıdır,bu ən vacib şeydi uşaq tərbiyəsində.

12. Övladları arasında kim daha çox fərq qoyur kişilər yoxsa qadınlar?. (Fərq qoyan ailələr var deyə sual verdim)
Biz də uşaqlar arasında fərq qoyulmur,necə qoyaq axı?İkisidə bizim qanımız,canımızdır.Fərq qoyan valideynlər var təbii ki,onlara da acil şəfa diləyirəm.

13. Kişilər daha çox romantikdi yoxsa qadınlar?)
Romantika sözü mənim sözlüyümdə yoxdur.Kişimə gəldikdə mənim rəhmətlik babam onnan daha romantik idi)))Başqalarının da ailəsiylə maraqlanmadığımcun,vallah mən bu suala "bilmirəm" cavabini versem yanılmaram. 11

14. Münasibəti necə davam etdirəcəyinə kim daha çox qərar verməyə istəklidir kişilər yoxsa qadınlar?
Kişlər münasibətdə dominant rol oynamasa dünya dağılare ne danışırsız 24 Hər kəsi və bu hər kəsə aid olan hər şeyi öz kantollarında saxlamaqdan ötrü ürəkləri getdiyindən,qərar vermək istəyi konusunda kişilər daha istəklidir.Ancaq mən bütün bu qərarların düzgün olub olmadığından yazmayacam.Çünki bu ayrıca bir mövzu tələb edir.Qadınlar anladılar nə demək istədiyimi 11

15. Kim daha tez qərar verməyi bacarır kişilər yoxsa qadınlar?

Qadınlar...cünki biz daha emosionalıq və çox vaxtı da əvvəl qərarımızı verərik sonra düşünərik.[/b]

16. Bir şeydən yaxa qurtarmaq üçün daha çox bəhanələr gətirən kimlərdir kişilər yoxsa qadınlar?)
Kişilər...kişilər...və yenədə KİŞİLƏR

17. Kişilər daha dürüstdür qadınlar?
Dürüstlük yaxşı insani keyfiyyət olsada,dürüst insanları çoxları sevməz.Çünki onlar hər zaman sözün düzünü deyər,düz söz də acı olur da bilirsiz.İndiki zamanədə isə dürüstlük debdən düşmə üzrədir artıq nə yazıq ki...sualın cavabı olaraq isə bunu deyim ki,dürüstlük kişiyə və ya qadına baxmır,bu tam insanlığa aid bir xüsusiyyətdir.İndiki zəmanədə isə bu gözəl xüsusiyyət bir çoxuna ya iş həyatında,ya maddi maraq baxımından və ya kiməsə yaltaqlanmaq baxımından maneəçilik törədir deyə,çoxusu bu xüsusiyyətdən imtina edir.

18. Kim daha ağıllıdır.Kişilər yoxsa qadınlar?
Kişilər daha ağıllıdırlar,çünki onlar kişi adlanan yaratıknan bir evdə yaşamaq məcburiyyətində deyillər 122

19. Ayrılıq ən çox kişilərə təsir edir yoxsa qadınlara?
Nəzərə alsaq ki,arvadı rəhmətə gedən kişi arvadın hüzürünü verə verə özünə qohumnan qonşudan ikinci arvad axtarır,əri ölən arvad isə uşaqların başına yığır,onları oxudur,evləndirir,birdə nəvə nəticə dünyaya göz açandan sonra İndi rahat ölə bilərəm deyir.Onda hansının ayrılığı daha təsirli yaşadıgı bəllidir (hər kəsə şamil eləmirəm təbii ki,ancaq dədə babadan gördüklərim bunlardır)

20. Ağlı ilə daha çox kim hərəkət edir?.Kişilər yoxsa qadınlar?.

Kişi başdırsa qadın boyundur,boyun hansi tərəfə çönəcəksə,baş da o tərəfə baxacaq)))

21. Bu qədər sual yetər məncə ) Layihəni bəyəndiniz? bəyəndiyiniz və bəyənmədiyiniz sual?

Canım layihəni bəyənməsəydim indi mənim verdiyim cavabları oxumazdılar qızlar. 11 Bəyənmədiyim sual olmadı.hamısıni bəyənərək və məmnuniyyətlə cavab yazdım.

Narin Yagisa mənə bu gözəl layihəsində yer verdiyi üşün təşəkkürlər 20
Oxuyan bacılar da sərf etdikləri vaxtı halal etsinlər.Ümüd edirəm maraqla oxumusuz,sıxılıb əsnəyərək yox hahahah Oxuduğunuz üçün də təşəkkürlər qızlarım 20 [/b][
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri