Mənim toy günüm-_ŞN_

Şərhlər: 15
Baxılıb: 3 027
Səs ver:
(səs: 4)
Layihəmizin bu bölümünün qonağı-_ŞN_.



1.Canım mənim, ilk olaraq yoldaşınla necə tanış olduğunuzdan danışaq..

Cavab-Əvvəla hərkəsə salamlar bilən bilir bilməyənlərədə deyim :ihi: deməli biz yoldaşımla məktəb vaxtı tanış olmuşuq padruqam demişdiki bir oglan var idman dərsi deyir qardaşıma nəsə onunla səni yaraşdırırame dedim gijdeme :122: sonra elə olduku praktikada gördüm onu nə biləydimki ondan sonra bir ömrü onunla paylaşacam :128: sonra mən razılıq vermirdim ona nömrəmi flan istəyirdi vermirdim bidəfə hələ avtobusun arxasiycada qaçmışdı amma çata bilmədi))bir gün ciddi halda telefonu verdi mənə dediki nömrəni yaz bura gördümki nəsə buda mənim ürəyimə yatir yazdım nömrəni beləcə başladıq danışmaga

2.Bir-birinizi tanıma müddəti nə qədər çəkdi?

Cavab-Bir insani tanımaq üçün bir ömürdə yetməz biz bir-birmizi yaxşı başa düşürdük belə desək həmin ili 10 aydan sonra mən məktəbi bitirdim oda universiteti və əsgər getməliydi son zəngimdə gəldi anamla danışdı dedi elçi gəlsinlər amma atam razılaşmadi 1il gözlədik atami dilə tutmaq çox çətin oldu(

3.Bizlərdə təəssüf ki, adət halını almayıb. Bəs sizdə necə sevgilin sizə evlənmə təklifi etdimi?

Cavab--Evlilik təklifi deməzdim çünki məqsədimiz bəlli idi əvvəldən sadəcə 14 fevralda üzük almışdı mənə surpriz oldu parkda taxdı barmağıma ondan sonra restorana kinoya flan getdik həmin günümüz çox maraqlı keçmişdi

4.Neçə müddət nişanlı qaldınız?

Cavab-düz 1il nişanlı qaldıq

5.Toya hazırlıq müddətində sizə ən çox keyif verən nə oldu?

Cavab--Əlbətdəki cehiz alış-verişi birdə yoldaşımla gəlinlik seçməyə getməyimiz :128:

6. Toyunuza özəl olaraq rəqs kursuna getmişdiniz?

Cavab-Xeyr nə qədər etdimsə yoldaşımı yola gətirə bilmədim amma özü rəqs qrupunu çagırmışdı toyumuza

7.İlk rəqs parçanız nə idi?

Cavab-Sən mənimsən məndə sənin

8.Toydan öncə fotosessiya etdirmişdiniz? ( Olubsa necə məkanlarda olub?)

Cavab-Bəli etdirmişdik restoranin foyesinde şəhərin bəzi yerlərində qış ayı olduğuna görə biraz çətin olur soyuqda)

9.Hər bir gənc qızın xəyalında bir gəlinlik modeli var. Toydan aylarlca öncə axtarış edirik. Bəs siz necə xəyalınızdaki o gəlinliyi tapıb geyinə bildinizmi?

Cavab-Mənim gəlinlik seçimim uzun azar oldu neçə dəfə getdik gəldik iki dəfə dəyişdim sonra toy günü paltarı götürməyə gedəndə onuda dəyişdim oda tam ürəyimcə olmadi heç

10. Bilirik ki, ən çox seçim etməkdə çətinlik çəkdiyimiz şey gəlinlik olur. Sizdə seçim etməkdə çətinlik çəkdiniz yoxsa ilk baxışda bəyənib götürdünüz?

Cavab-9cu sualda yazdım çox qərarsız qalmışdım tam ürəyimcə olmadı

11.Nişanlınız gəlinlik seçiminə müdaxilə etdi?

Cavab-Elə özü ilə getmişdim)deyirdi çox açıq model olmasın amma qolları uzun olsada açıqlıgı varıydı))

12.Saçınız və makiyajınızı öncədən seçmişdiniz yoxsa ani bir qərarla seçim etdiniz?

Cavab-Öncədən seçim etmişdim

13. Nəticə necə idi? Hazır halınız ürəyinizcə oldumu?

Cavab-Bəli ürəyimcə idi amma saçımnan biraz narazı qaldım oda öz günahım idi birdə pomadam yaxşı deyildi neysəki evə gəlib özüm düzəltdim

14.Gəldik o məşhur günə... Toy gününüzün tarixini yəqinki unutmamısınız...

Cavab-Əlbətdəki yox 08.01.2017

15.Toy gününüzdə başınıza hər hansı bir pis vəya xoş hadisə gəlib?

Cavab-Paltarımın dəmirini əynimə yaxşı bağlamamışdılar sürüşüb ayagima ilişirdi rahat gəzə bilmirdim(

16.O günü unutduğunuz bir şey oldu?

Cavab-Hə)paltarın usdunnən atmam varıydı soyuq olmasın deyə yaddan çıxıb qalmışdı atamın maşınında evə gedəndə donurdum))

17.Toyunuzun ən gözəl anı nə idi?

Cavab-Yoldaşım şamlarla urək düzəltdirmişdi onun içində rəqs etmyimiz :128: birdə dırnağımla onun əlini cızırdım əl-ələ tutduğumuz yerdə kamera gizlincə onu çəkmişdi))

18.Ən çox nə zaman həyəcanlandınız?

Cavab-Vağzalı çalınanda onlar gələndə)birdə pilləkənləri çıxanda paltar ilişdi qalxa bilmirdim onda :pff:

19.Çox zaman qurulan ailələrdə bu bir o qədər önəm kəsb etmir. Ancaq yadda qalan ən gözəl gün kimi həyatımıza yazılır o gün. Söhbət toydan sonraki bal ayından gedir. Bəs siz necə..Bal ayına getdiniz?

Cavab-Hər şeyi danışmışdıq gedəcəkdik 1 həftədən sonra amma toydan 2 gün sonra bir hadisə baş verdi planlar alt üst oldu hamısı(

20.Artıq neçə müddətdir evlisiniz?

Cavab-1ildirki evliyik çox şükr

21. Bu evlilikdən övladınız varmı? Varsa mümkünsə adlarını qeyd edin :)

Cavab-Olmazmı şirin şəkər bir Günayımız var :128:

22.Ailənizdə ən çox güzəştə gedən tərəf kimdir?

Cavab-Ailəmizdə elədə söz-söhbət olmur demək olarki mehribanıq amma nəsə olanda ikimizdə coşuruq görürəm o əsəbləşir uje mən sakit dururam))

23. Allah heç bir qadını atdığı addımda yanıltmasın və etdiyi seçimdən dolayı peşman etməsin! Qadın gülərsə bütün bəşər gülər. Qadın xoşbəxtdirsə çöhrəsinə yansıyar. Bəs siz necə. Xoşbəxtsinizmi bu evlilikdən?

Cavab-Əlbətdəki çox xoşbəxtəm Allahıma şürklər olsunki yoldaşımı çıxarıb qarşıma :heart:

24.Gələk ən "maraqlı" nöqsana ;) Qaynananız var? Necə yola gedirsiniz? Əsrin həll olunmayan problemi kimi yoxsa ana qız kimi?

Cavab-Bəli var yola gedirik arada nəsə sözümüz çəp gəlir ama))

25.Və gəldik sona. Sonda Qadınla.com un içi mən qarışıq subay və nişanlı qızlarına hansı tövsiyyələri etmək istərdiniz...

Cavab-İlk öncə sənə təşəkkürümü bildirirəm canım layihəni davam etdirdiyinə görə. Qızlara tövsiyəm oduki səbrli olsunlar sevirlərsə hərşey yaxşı olacaq Allahın köməyi ilə :123: Biz çox şeylər çəkdik amma fikrimizdən heçvaxt dönmədik yeri gəlsə küsdük dalaşdıq amma heçvaxt ayrılmadıq. qızlar ailə qurmazdan öncə ölümünə sevmədiyniz biridirsə ətraflı düşünün taşının türklər demiş bir fikirləşin görünki bu yükün altına girməyi bacaracaqsız ya yox evliliyin ilk vaxtlarında hər şey insana çətin gəlir nəyisə səhv etdikdə kimsə müdaxilə edə bilər nəyisə başa sala bilər çalışınki yaxşı məsləhətləri qulaq ardına vurmayasız mən özüm ilk vaxtlar çox gərgin idim hər şey acığıma gəlirdi amma zamanla alışdım birdə sözünüzü mədəni sürətdə deməyi bacarın.Hamınıza xoşbəxt saf sevgiylə qurulmuş ailə arzu edirəm canlar İnşAllah bəyənərsiz :128:



Əziz bacım ilk öncə təşəkkür edirəm qatıldığın üçün. Allah Günay balamızı qorusun. Qız övladı kimi xoşbəxt günlərini sizə görməyi qismət esin! Ürəyin açıla-açıla bəhs etdiyin bu xoşbəxt evliliyiniz uzun ömürlü olsun inşAllah!
(səs: 4)
Şərhlər: 15
Baxılıb: 3 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri