intimual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu metod masturbasiya adlanır. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur.
Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli
sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir.
Masturbasiya şəxsi intimuallığı dərk etmək prosesinin əsas hissəsidir və
hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar
masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi.
Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında
az danışılır, ona görə ki, qadın intimuallığı az qəbul edilən mövzudur. Tədqiqatlar
göstərmişdir ki, masturbasiya mənfi nəticələrə gətirib çıxarmır və
normal intimual aktivlik sayılır. Sonuncu illərin tədqiqatlarına görə
müxtəlif yaşlarda olan qadınlar və kişilər özlərinə müxtəlif üsullarla
zövq verə bilərlər. Masturbasiya sizin üçün bəyənilmiş metoddursa,
özünüzü narahat hiss etməyin, əgər o sizə diskomfort yaradırsa, ondan
imtina edin.
Yaddan çıxarmayın:
•
Masturbasiya - ziyanlı və natəmiz hərəkət deyildir - o sizi kor etməz,
ağlınızı almaz, sizi pozğun insana çevirməz, sonsuzluğa səbəb olmaz,
boyunuzun artımını saxlamaz, hamiləliyə gətirib çıxarmaz. • Həm oğlanlar, həm də qızlar masturbasiya ilə məşğul olurlar. Bu intimual inkişafın normal mərhələsi sayılır. • Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz. •
Əgər siz masturbasiya ilə məşğul olursunuzsa və onunla
maraqlanırsınızsa, bu normal hal sayılır. Siz masturbasiya ilə məşğul
olmursunuzsa və yaxud onunla maraqlanmırsınızsa, həmçinin normal insan
sayılırsınız. • Masturbasiya cinsi aktı daha xoşagələn edə bilər, çünki siz zövq almaq üçün nə etməli olduğunuzu bilirsiniz. •
Masturbasiya stresi aradan qaldırır və endorfin (zövq hormonu)
hormonunun ayrılmasını aktivləşdirir və onun nəticəsində siz zövq
alırsınız. • Tədqiqatlar göstərmişdir ki, kişilərin 80%-i, qadınların isə 59%-i 18 yaşına qədər masturbasiya ilə məşğul olur. •
Ekspertlərin çoxu hesab edir ki, masturbasiya əsasən yeniyetmələr
arasında olan haldır, belə ki, bu yaşda hormonların hasil edilməsi daha
aktivdir. Masturbasiya bu hormonların yaratdığı gərginliyi aradan
qaldırır və cinsi inkişafın mütləq tərkib hissəsi sayılır. •
Masturbasiya ilə bağlı yeganə psixoloji problem köhnədəbli və
qeyri-sağlam münasibətlə (əgər insan masturbasiya ilə məşğul olursa, o
utancaq olur) bağlıdır, normadan kənara çıxa bilər (məs: insanlar
arasında masturbasiya etmək).
Əsas bəndlər
•
İnsan heç də həmişə cinsi əlaqəni planlaşdırmır. Müəyyən vəziyyətlər
yarana bilər ki, cinsi əlaqə əvvəlcədən planlaşdırılmamış şəkildə baş
versin. • Cinsi əlaqəyə qədər gənclər onun nəticələri haqqında yaxşı düşünməlidirlər. •
intimual aktivlik bir çox təhlükələrlə bağlıdır. Erkən yaşlarda cinsi
həyata başlamazdan əvvəl onun zərərli cəhətləri haqqında düşünün. • Masturbasiya intimuallığın daha bir təhlükəsiz yoludur. •
Gənclər cinsi aktivliyə başlamazdan əvvəl arzuolunmaz hamiləlikdən,
CYÖİ, İİV/QİÇS-dən qorunmaq üçün kondomdan və ya kontrasepsiyanın digər
vasitələrindən istifadə etmək haqqında düşünməlidirlər.