Cinsi yolla yoluxan infeksiyalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 323
Səs ver:
(səs: 0)
Seksuallıq insan kimi malik olduğunuz dərin pərəstişi təlqin edən fiziki qüvvət Nigahda olduqda, məhəbbəti izhar etmək, yeni həyatı qurmaq və nəsli davam etdirmək vasitəsidir. Nigahdan kənarda, məhəbbətə, həyata, uşaq doğuşuna dağıdıcı təsir edir. Düşünülməmiş seksual fəallıq əslində fiziki həyata və reproduksiyaya təhlükə yaradan üsullardan biri kimi cinsi yolla yoluxan infeksiyaların (CYYİ) yayılmasına səbəb olur.
Qırx il bundan əvvəl CYYİ və ya zöhrəvi xəstəliklər az və ən çox yayılmış xəstəliklər sifilis, süzənək idi. Hər iki xəstə fahişələr arasında rast gəlinirdi. İndi isə az məlum olan xəstəliklər təhlükəli hala çevrilmişdir. Faciəli olsa da, əhalinin başqa qruplarına nisbətən yeniyetmələr arasında daha çox yayılıb. Ümumdünya Səhiyyə Təşkilatın göstəricilərinə əsasən hər 20 yeniyetmədən biri bu xəstəliyə düçar olur.
Bu dramatik səs-küyə səbəb nigahda olmayan cavanların arasında seks fəallığın yayılması, xəstəliklər arasında məlumatsızlıq, başqalarının təənəsindən qorxaraq vaxtında həkimə müraciət olunmamasıdır. Xəstələnmə nöqtəyi-nəzərindən birdən artıq partnyorun olması, o biri partnyorla da əlaqə deməkdir. Adamlar hesab edirlər ki, maraq göstərdikləri adam sağlamdır. Kim zamin ola bilər ki, onun əvvəl ki partnyoru sağlamdır? Bunu bilmək mümkün deyil.
CYYİ qədimdən zöhrəvi xəstəlik adlanır, məhəbbət ilahəsi Zöhrənin adı ilə bağlıdır. Yeri gəlmişkən Ilahəni nahaqdan küsdürürlər. CYYİ ilə ən çox bir necə partnyorla cinsi əlaqədə məhəbbətsiz olan adamlar xəstələnirlər. Hazırda 30-dan çox CYYİ məlumdur. Cinsi Yolla Yoluxan Infeksiyalar — bir insandan digərinə seksual (cinsi, anal və oral) əlaqə ilə yoluxan xəstəliklərdir. CYYİ-ların ən çox rast gəlinən əlamətləri:

• Kişilərdə sidik kanalından, qadınlarda uşaqlıq yolundan gələn ifrazat ( qatı selik, irin və s.)
• Ağrılı sidik ifrazatı ( kəskin ağrılar, yanğı hissi)
• Dəridə və cinsiyyət üzvlərinin selikli qişalarında dəyişikliklər (qızartı, səpgilər, ağrılı bərkimələr)
Yadda saxlayın ki, insan onda CYYİ-nin olmasından uzun müddət xəbərdar olmaya bilər, çünki bir çox xəstəliklərin nəzərəçarpan əlamətləri olmur; cinsi üzvlərdə həmişə dəyişikliklər olmur; bundan əlavə bəzi xəstəliklər uzun müddət özünü göstərməyə bilər.
Özünü müalicə aşağıdaki səbəblərə görə çox təhlükəlidir:
• İnsan özü heç vaxt hansı infeksiyaya yoluxduğunu bilmir, buna görə də düzgün müalicə seçə bilmir;
• Müalicə edilməmiş xəstəlik əvvəl-axır xroniki formaya keçir və fəsadlarla ağırlaşa bilər;
• Antibiotiklərin qeyri-düzgün qəbulu ( dozanın az olması və ya qəbullar arasında olan vaxtın çох uzun olması) xəstəlik yoluxucusunun dərmanlara qarşı davamlılığını artırır, belə infeksiyadan can qurtarmaq isə çox çətin olur.

Bir çox xəstəlikləri tez və asanlıqla müalicə etmək olur — buna görə insan həkimə nə qədər tez müraciət etsə, bir о qədər yaxşıdır. Müalicə kursunun düzgün aparılması və gözlənilməsi, cinsi əlaqələrdən müvəqqəti imtina, spirtli içkilərdən çəkinmə xəstəlikdən tez sağalmanın şansını artırır. Cinsi partnyorlar yoluxmuş şəxslə birlikdə müalicə almalıdır, əks təqdirdə təkrar yoluxma baş verə bilər. Müalicədən sonraki analizin aparılması əlavə zəmanət sayılır.
Hepatit B,C,D və digərləri (A-dan başqa)
Hazırda infeksion hepatitin 9 növü vardır və onlardan yalnız A tipi CYYİ
deyil. Yəni Hepatit A-ya məişət vasitələri, qida, su ilə yoluxmaq olur. Digərlərinə isə cinsi yolla və qan yolu ilə yoluxmaq mümkündür. Bütün infeksion hepatit növləri — viruslardır. Əlamətlər: Yoluxmadan bəzən 6 ay sonra əmələ gələ bilər. Hepatit B-nin əsas əlamətləri saralmış dəri və selikli qişalar, göz skleralarıdır. Yorğunluq, bəzən yüksək qızdırma olur. Xəstələrin sidiyi tündləşir, tünd pivə kimi köpüklənir. Nəcisin rəngi isə ağarır. Hepatit C çox vaxt sarılıqsız keçir. Həkimə müraciət etməyə sağ qabırğa altında ağrılar və həzm pozğunluğu vadar edir.
Hepatitlər qaraciyərə çox böyük ziyan vurur. Bir çox xəstələr müalicəni və əsas olaraq pəhrizi vaxtında başlasalar da, bir müddətdən sonra onlarda sirroz əmələ gəlir. Qaraciyərin orqanizmdə çox böyük rolu vardır, onu nahaq yerə orqanizmin laboratoriyası adlandırmayıblar. Sirroza uğrayan qaraciyər təmamilə sıradan çıxır, orqanizmdəki proseslər düzgün getmir və çox hallarda ölümlə nəticələnir. Hepatit C isə bir çox hallarda bədxassəli şiş — karsinomaya keçir, bu da tezliklə həyata son qoyur. Hepatit D orqanizmdə hepatit B və C virusları olduqda olur. Təkbaşına yoluxma hallarına rast gəlinmir. Hepatitin yoluxma ehtimalı çox yüksək — HİV-ə yoluxmadan 100 dəfə yüksək olur. Çoxlarında bu 2 infeksiya yanaşı gedir. Bu da müalicəni çətinləşdirir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri