Seksdə etibarlı qorunmanın yolları

Müəllif: Antikvar
Şərhlər: 2
Baxılıb: 6214
Səs ver:
(səs: 1)
Seksdə etibarlı qorunmanın yolları haqqında Qadınlar.biz məlumat verir.

Xüsusilə 80-ci illərin sonunda AİDS xəstəliyinin yayılması nəticəsində  "etibarlı seks" anlayışı meydana gəldi.

Beləliklə də həm cinsi yolla keçən  xəstəliklərdən qorunmaq mümkün oldu, həm də arzuolunmayan  hamiləliklərin qarşısı alınmış oldu.



Etibarlı seks üçün alına biləcək tədbirlər nələrdir?



* Otoerotizm deyilən, öz-özünə cinsi əlaqə yaşamaq etibarlı bir yoldur. Mastürbasiya(əllə doyum), telefonda və ya internetdə virtual seks ilə, başqasının bədən mayeləri olmadan doyuma çata bilərsiniz.



* Cinsi əlaqə  əsnasında qan, vaginal maye və spermayla təmasa maneə törətmək məqsədiylə istifadə edilən bilən bir çox vasitələr vardır. Bunlardan biri də prezervativdir. Cinsi əlaqə əsnasında penise geydirilir.



* Qadın prezervativinin isə cinsi əlaqəyə girmədən əvvəl uşaqlıq yoluna  yerləşdirilməsi lazımdır.



* Əgər əldə kəsik və ya yara kimi mikroorqanizmlərin girə biləcəyi açıq bir yer varsa, vaginal maye və ya spermayla, cinsi yoldan keçən mikroorqanizmlər buradan da bədənə girə bilərlər. Bu vəziyyətlərdə tibbi əlcək taxmaq faydalıdır.



* Birarvadlılıq, əgər hər iki adamda da xəstəlik yoxsa etibarlı seks üçün yaxşı bir yoldur. Ancaq həyat yoldaşlardan biri digərini, xəstə bir adam ilə aldadırsa, iynə vasitəsi ilə narkotik maddə asılılığı varsa və ya daha əvvəlki əlaqələrindən keçmiş bir xəstəliyi varsa, digər həyat yoldaşı üçün risklər davam edəcək.



* Cinsi əlaqə etmək  ehtimalı olduğunuz adamla, etibarlı seks mövzusunda əvvəldən danışmaq olduqca məntiqli bir yanaşmadır.



* Cinsi əlaqədən əvvəl və cinsi əlaqə əsnasında spirt və narkotik maddə istifadə etməkdən qaçının. Çünki şüurunuz azalar, səhv qərarlar verə bilər və etibarlı seks etməyə bilirsiniz.



Təsiri olmayan üsullar nələrdir?

Baryer üsullardan başqa bütün hamiləlikdən qorunma  üsulları, cinsi yolla  keçən xəstəliklərin qarşısını almaqda  təsirsizdir. Bəzi sperma öldürücü maddələrin cinsi yolla  keçən xəstəliklərə maneə törətdiyi iddia edilsə də, bu doğru deyil. "Geri çəkmə" üsulunda, sperma hər nə qədər içəriyə boşaldılmasa da xəstəlik yoluxmaması baxımından etibarlı bir üsul deyil. Spermanın boşalmasından əvvəl gələn mayedə də mikroorqanizmlər ola bilər. Bu da riskdir. Ayrıca dəri bütünlüyünün pozulduğu cinsi bölgə və ya bədənin hər hansı bir yerindən də mikroorqanizmin yoluxma ehtimalı yenə vardır.



Anal seksin  təhlükələri nələrdir?

Qorunulmadan edilən anal seksdə də olduqca yüksək risklər vardır. Araşdırmalar, anal seksin yalnız  kişilər arasında deyil, qadın-kişi əlaqəsində də seçildiyini göstərmişdir. Anal seks əsnasında prezervativ ümumiyyətlə istifadə edilməməkdədir. Halbuki anal seks, vaginal seksə görə daha risklidir. Çünki buradakı toxumalar, cinsi əlaqə əsnasında daha asan zədələnə bilir. Beləcə yaranan kiçik bir sıyrıqdan belə mikroorqanizmin girməsi daha asan bir hala gələr. Buna görə etibarlı seks etmək, burada daha əhəmiyyətlidir. Hər şeydən əvvəl prezervativ istifadə etmənin çox əhəmiyyətli olduğu unudulmamalıdır.

Ayrıca yağ əsaslı sürüşkənləşdiricilər lateksə zərər verərək təsirini azalda bilərlər. Buna görə su əsaslı sürüşkənləşdiricilər istifadə edilməlidir. Lateksə allergiyası olanların istifadə etdiyi lateksdən başqa, məsələn poliüretan prezervativlər isə həm yağ, həm də su əsaslı sürüşkənləşdiricilər üçün uyğundurlar. Seks oyuncaqları istifadə edilərkən də prezervativlər taxılı olmalıdır. Çünki oyuncaqların gigiyenık baxımından bu əhəmiyyətlidir. Paylaşılan oyuncaqlar, infeksiyanın yoluxma   vasitəsi ola bilərlər. İstifadə edilən seks oyuncaqlarının, daha sonra təmizləyicilərlə təmizlənməsi lazımdır.



Diqqət edilməsi lazım olanlar

Cinsi yolla keçən xəstəliklər yalnız cinsi əlaqə əsnasında keçməzlər. Yəni etibarlı seks edərək və ya cinsi əlaqədən uzaq qalaraq bu xəstəliklərə tutulmayacağınıza heç kəs  zəmanət verə bilməz. Məsələn, HIV enyeksiya, qan köçürmə, döymə etdirmə, sırğa  taxma əsnasında da yoluxa  bilər. Bəzi diş müalicələri və ya xəstəxanada müalicə əsnasında da gigiyenik olmayan vəsaitlərlə yoluxma  ehtimalı vardır. Hətta sağlamlıq sektorunda çalışan kəslərdə, qəzayla iynə batması nəticəsində HIV-ə yoluxma  hadisələri az deyil.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri