Mastübrasiyanın ziyanları

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 7 327
Səs ver:
(səs: 0)
Masturbasiya (lat. manus — əl + turbare — tərpətmək) — cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası.

Məşhur həkimlərdən biri onanizm (masturbasiya) vərdişinin ziyanları barəsindəki kitabında bəzi həkimlərin bu barədəki müşahidələrini belə nəql edir:

Hufman deyir:«On beş yaşından bu iyrənc vərdişə aludə olub onu 23 yaşına kimi davam etdirən bir gənclə rastlaşdım. O, fiziki cəhətdən elə zəifləmişdi ki, kitab oxumaq istəyəndə gözləri qaralır,başı ağrıyırdı.Qarabasmaya bənzər bir hala düşmüş, sərxoş adamlar kimi baçgicəllənməyə düçar olmuşdu.Gözünün hədəqəsi adi haldan çox genişlənmişdi və gözünün dibində möhkəm ağrı hiss edirdi.»



Dr.Hotçinsonun müşahidələri sübut edir ki,cinsiyyət orqanına aid bütün narahatlıqlar onanizmin nəticəsidir və gözün tor qişa və damar təbəqəsində olan narahatlıqların da kökü budur.(Diqqət edin!)

Müəllif həmçinin yazır: -«Bu çirkin vərdişə aludəliyin ilk nəticəsi,onun gözün güc və şəffaflığını aradan aprması,üzün özünün əsl rəngini itirməsi və solğunlaşmasıdır.Bu bəlaya düçar olanlarda elə də yüksək ağıl və dərrakə müşahidə edilmir.Onların üzündə tutqunluq görünür,gözləri tünd rənglə əhatə edilir.Bundan sonra onların müxtəlif bədən üzvlərində süstlük və zəiflik müşahidə edilir.



Yaddaş zəifliyi,iştahasızlıq,həzm problemi,təngnəfəslik,dillə deyilməsi mümkün olmayan dərəcədə davranış və xarakterdəki dəyişkliklər,paxıllıq,qəm-qüssə,kin-küdurət,malxulya,tərki-dünyalıq və tənhalıq bu cinsi sapıntının acı nəticələrindəndir».

Bu həkim öz kitabının digər bir yerində bunu da əlavə edir ki,onanizm qan azlığına ,fiziki və psixoloji zəifliyə,həmiçinin başgicəllənməyə,qulaqlarda səs-küyün yaranmasına,bel ağrılarına,tənəffüsün çətinləşməsinə,yaddaşın zəifləməsinə,arıqlmağa, zəiflik və süstlüyə,bir sözlə,bədənin öz gücünü itirməsinə səbəb olur və beş hissiyyat üzvü ilə yaxın əlaqəyə malik olduğu üçün xüsusən,göz və qulağa mənfi təsir göstərir.(Diqqət edin!)



Bu çirkin cinsi azğınlığa adət etmək bədənin xəstəliklər qarşısındakı müqavimətini ciddi şəkildə zəiflədir. Həmin həkim deyir: -«Bu pis adətə düçar olan şəxslər ağır xəstləliklərdən birinə tutulduqdan sonra ölümün çəngindən asanlıqla qurtula bilmirlər».

 

Bu çirkin əməldən qurtulmaq üçün nə etməli?

İlk öncə bu əməli tərk etmək üçün qəti şəkildə qərar qəbul etmək lazımdır.Daha sonra isə aşağıdakı 10 göstərişə əməl olunması sizə kömək edəcək.Bu göstərişlər kiməsə sadə görünə bilər amma əməl mərhələsində onların möcüzəli təsirə malik olduğunu görəcəksiniz:

 

1)Hər hansı süni təhrikdən çəkinmək.(Erotik filmlər,şəkillər,təhrikedici səhnələrə baxmaqdan çəkinmək)

2)Heç bir boşluğu olmayan mükəmməl proqramın hazırlanması.Belə ki,sizin o əməl barəsində düşünməyə belə vaxtınız qalmamalıdır

3)İdmana xüsusi diqqət.İdmançıların cinsi məsələlərə az maraq göstərməsi məşhurdur.

4)Hər hansı bir pis işin yerini başqa bir adət tutmalıdır.Psixoloqlar deyirlər ki,hər hansı pis bir adəti tərgitmək üçün yaxşı bir adət tapmalı və həmin pis adət bu yaxşı adətlə əvəzlənməlidir.

5)Təklikdən çəkinmək.Bu cür şəxslər bir mənalı şəkildə, tək qalmaqdan çəkinməlidir.

6)İlk fürsətdə evlənmək.

7)Təlqin və iradənin gücləndirilməsi.

8)Tam çəkinmək.Həmişə ,xüsusilə bu adətin tərgidilməsi dövründə,pozğun və bu adətə aludə olan insanlarla ünsiyyətdə olmaqdan, onlarla oturub-durmaqdan,vəbaya yoluxmuş adamdan qaçılan kimi qaçmaq lazımdır.

9)Ümumi gücləndirmə və qida rejimi.Bədənin güclənməsinə səbəb olan kamil və sağlam qida rejimi də,bu əməlin tərgidilməsində,bir çox hallarda nəzərə çarpacaq dərəcədə böyük təsir göstərir.Soyuq suyla çimmək(əlbəttə,hava şəraiti mübasib hallarda) və sonra bədəni dəsmal ilə masaj etmək də bu şəxslərə kömək edə bilər.

10)İmanın gücü və dini etiqaddan yardım diləmək.İmanın gücü və dini etiqa bu çirkin adətə aludə olanlara ən böyük kömək edə bilər,onları tez bir zamanda bu pis vərdişin çəngindən qurtara bilər.Bu cür adamlar özlərini ,əsla,lənətlənmiş və Allah dərgahından qovulmuş hesab etməməlidir.

 

«Gənclərin cinsi problemləri» kitabından
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri