İdmanın bu növlərindən xəbəriniz var? - Qoyunları saymaq, Sualtı boks..

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 660
Səs ver:
(səs: 0)
Artıq eyni idman növləri görməkdən yoruldunuz? Fərqliliyə can atanlar müüxtəlif idman növləri kəşf etməkdədir.

Qadinla.com ənənəvi idman hisslərinizi puç edəcək və həqiqət olduğuna şübhə edəcəyiniz 12 çılğın idman növünü təqdim edir:

1. Pendir yuvarlama
Hər il İngiltərədə reallaşan festivalda, təxminən 4 kilo ağırlığında bir pendir Cooper Təpəsindən aşağı atılır. Sonra iştirakçılar pendirə çatmaq üçün onun arxasınca qaçmağa başlayır. Bura qədər hər şey gözəldir. Pendirin saatda 110 km-ə qədər bir sürətə düşməsi və iştirakçıların bu pendiri tutmasının o qədər də real olmadığını nəzərə almasaq. Pendirə ilk çatan insan yarışı qazanır. Amma bu müsabiqəyə qatılmamışdan əvvəl yaxşıca düşünmək lazımdır. Ciddi yaralana bilərsiniz.

2. Satranç boksu
Hollandiyalı artist Lep Rupinghin ixtira etdiyi bu oyun, başda idman olaraq deyil, bir sənət çıxışıdır. Oyunun 6 turu şahmat, 5 turu boks olmaq üzrə 11 turdan ibarətdir. Rəqibinizlə rinqdə və ya şahmat masasında qarşılaşırsınız. Həm fiziki, həm də zehni qabiliyyətlərinizi yoxlamaq üçün yaxşı bir fürsətdir!

3.Soxulcan cazibəsi
Soxulcan cazibəsi rəqiblərin 3 m² bir yerdən 30 dəqiqə içində yerdən nə qədər soxulcan çıxara bileceklerini ölçən bir idmandır. Dünya rekordu 2009-ci ildə yerdən 570 dənə soxulcanı çıxaran 10 yaşlı Sofiya Smitə məxsusdur.

4. Şar futbolu
Bu oyundan yalnız oynayanlar deyil, eyni zamanda izləyənlər də çox böyük zövq alacaq. Oyunçuların bədənlərinin üst hissəsi şar ilə örtülüdür. İlk olaraq 2011-ci ildə Norveçdə oynanılan oyunda, beş nəfərlik iki komanda yarışır. Eyni zamanda hər bir komandada mütləq bir qadının olması da oyunun digər qaydalarındandır.

5. Həyat yoldaşını daşımaq...
Xanımların aparıldığı bu idman Finlandiyanın Sonkajarvi qəsəbəsində kəşf edilib. Kişi yarışçılar həyat yoldaşlarını daşıyarkən bir maneə üstündən keçməyə çalışırlar. Rəvayətlərə görə soyğunçu Ronkainen və dəstə üzvləri, yaxınlıqdakı kəndlərdən ərzaq və qadınları bu şəkildə oğurlayıblar. Bu çempionat hər il Finlandiyada keçirilir. Qazanan adamın mükafatı isə : Həyat yoldaşının çəkisi qədər pivədir!

6. Nəfəs borusu ilə bataqlıqda batmaq
Bu idman yer üzündəki ən qəribə idman növlərindən biridir. Hər il avqust ayında çoxsaylı üzgüçü, Nəfəs Borusu ilə Dalma Çempionatı üçün Uelsə gəlir. İştirakçılardan nəfəs borusu və tırtıl geyinərəkmaneələri keçmələri tələb olunur. Ancaq bildiyimiz üzgüçülük texnikaları istifadə edilməməlidir!

7. Bambuk drift yarışı
Bambuk drift yarışı, Çinin Guizhou ştatında populyardır. Rəqiblər təxminən 7 metr uzunluğunda bir bambukun üzərində dayanırlar. Başlanğıcda bu idman olaraq deyil, nəqliyyat vasitəsi kimi istifadə olunurdu. Günümüzdə isə yerlərini daha davamlı olaraq görülən yaşıl dirəklər aldı.

8. Təhlükəli ütüləmə
Açıq hava idman növlərindən biridi təhlükəli ütüləmədir. Yarışçılar özlərini ütüçü kimi səciyyələndirir. Yarışçılar paraşütlə tullanarkən, xizək edərkən, bir dağın təpəsində bir sözlə bütün təhlükəli sahələrdə ütü işi görürlər.

9. Ayaq güləşi
Bu qeyri-adi idmanda iki nəfər bir-birinin ayaqlarını yerə vurmağa çalışır. Əvvəl sağ, sonra sol ayaqla yarışan iştirakçıların qarşısında 3 tur olur. Bu qəribə idman yalnız İngilislərin qazana biləcəyi düşünülərək icad edilib. 1976-ci ildən bəri Staffordsireda keçirilir.

10. Kötük qaytarma
İki nəfərin üzən bir kötükdə durmağa çalışdığı bu idmanda məqsəd qarşı tərəfin müvazinətini itirməsini təmin etməkdir. İştirakçılar bir-birilərini salmaq üçün müxtəlif yollara əl atırlar: Kötüyü təpikləmək, istiqamətini dəyişdirmək kimi. Ancaq bir-birlərinə toxunmaları və ortadakı səddi keçmələri yasaqdır. Uğurlu olmaq üçün isə yr ayaq gücü şərtdir.

11. Sualtı boks
Qəribə olsa da boksun bu növü boksa başlamaq istəyən, amma sərt yumruqlardan çəkinənlər üçün gözəl bir alternativdir. Boksçular üç round mübarizəaparırlar. Hər round bir dəqiqədir. Bu müddət ərzində idmançıların nəfəslərini tutması şərtdir. İki round arasında isə onlara nəfəs fasiləsi verilir.

12. Qoyunları saymaq
Son illər bu çempionat Avstraliyada olduqca populiyardır. Burada olduqca diqqətli olmalısınız. Təxminən 400 qoyun bir anda sərbəst buraxılır və 10 nəfərər iştirakçıdan onların sayını bilmək tələb olunur. qoyunların sayına ən yaxın proqnozu verən şəxs, yarışmanın qalibi olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri