Havaların
istiləşməsilə əlaqəli xanımlar çalışır ki, gözəl bədən quruluşuna sahib
olsun. Bunun üçün idman, pəhriz, ac qalmaq kimi yollara əl atırlar.
Amma düzgün şəkildə planlaşdırılmış rutinlə siz öz gözəl bədən
quruluşunuza qovuşa bilərsiniz. Bunun üçün biz sizə sadəcə 4 idman növü
təqdim edirik ki, onların sayəsində mükəmməl bədən quruluşuna sahib ola
bilərsiniz.
Velosiped sürmə
İdman
zalında velosiped sürmə Hollywood ulduzlarının ən sevimli məşqləridir.
45 dəqiqə intensiv velosiped "səyahəti” sizin yan, omba və baldır
əzələlərinizi işə salacaq. Daha səmərəli nəticə üçün musiqi mütləqdir.
Cəlbedici və enerjili musiqi bütün çətinlikləri sizə unutdurur və məşqi
daha əyləncəli edir. Musiqinin sayəsində siz daha enerjili məşq edir və
kalori xərcləyirsiniz. Musiqi olmasa siz ətrafdakı insanlara
baxcaqsınız, məşqə olan diqqətiniz yayınacaq və məqsədsiz şəkildə kalori
itirmədən velosiped sürəcəksiniz.
Boks
Artıq
qadınların da boksa olan marağı getdikcə artırır. Bu daima formada
qalmaq, bədənini daha dözümlü etmək, beynini istitahət etdirmək və
stress atmaq istəyənlər üçün mükəmməl platformadır. Adriana Lima, Marisa
Miller və Victoria Secret-in mələkləri də boksla məşğul olaraq həsəd
aparılacaq bədən quruluşan sahib olurlar. Siz də, onlar kimi cəlbedici
və ideal bədənə sahib olmaq istəyirsinizsə mütləq boksu sınaqdan
keçirdin. Əgər çəki atmaq hədəfinizdirsə kikboksinqi seçin. Burada
ayaqlar və yanlar işləyir. Boks sayəsində siz təkcə əzələlərinizi deyil,
həm də, vestibulyar aparatı, reaksiya sürətini, məsafə və vaxt hissini
inkişaf etdirirsiniz. Boksla siz öz bədəninizlə mübarizə aparacaqsınız.
Həm mənəvi, həm də, fiziki cəhətdən bütün proseslərə hazır olacaqsınız.
Balet
Əgər
xanım-xatın görünmək istəsəniz balet yaxşı fikirdir. Xoreoqrafiya sizin
bədəninizi gözəl şəkildə konturlamağa, qamətinizin daha gözəl olmasına
kömək edir. Baletlə bütün bədəniniz işləyir, əzələ sistemi çox yaxşı
fəaliyyətə keçir.
Küçədə məşq
Küçədə
və parkda təbiətlə təmasda olub məşq etmək ən yaxşı seçimdir. Əgər sizə
hər hansı bir məşq etmək çətin gəlir, insanlardan utanırsınızsa o zaman
sadəcə ya yavaş, ya da ki, sürətli gəzin. Amma enerjili musiqini
unutmayın. Küçədə məşq etdiyiniz zaman siz təbiətlə təmasda olursunuz,
təmiz havanı orqanizminiz qəbul edir və bunun sayəsində lipid mübadiləsi
sürətlənir (yağlar daha tez yanır), dözümülülüyünüz artır, arxa və
qarın əzələləriniz yaxşı işləyir, oynaqlar və diz daha hərəkətli olur.