Artıq kiloqramlardan yaxa qurtarmaq üçün karbohidratı həyatınızdan çıxarmalısınız. Sizlər üçün asanca kilo vermənizi təmin edəcək karbohidrogen pəhrizini araşdırdıq. Məhz karbohidrat pəhrizi və tətbiq olunma tərzinə dair hər şey Qadinla.com sizə təqdim edir.
Bir həftə də öz təsirini göstərməyə başlayan karbohidrat pəhrizi, toxluq hissi verən karbohidrogendə qidalar əhatə edir. Bu qidalar eyni zamanda qandakı insulin dəyərini də tarazlıqda saxlayır. Nizamlı tətbiq olunanda 7 kilo vermənizi təmin edəcək bu pəhrizi 6 gün tətbiq edib 1 gün ara verməyiniz lazımdır. Ancaq bu pəhriz peşəkar idmançılar üçün uyğun deyil.
BƏS BU PƏHRİZ NECƏ ƏMƏL EDİLİR?
Pəhriz boyu; Balıq, qırmızı ət, yumurta, tərəvəz meyvə, quru meyvə, zeytun yağı, süd və süd məhsullarını sərhədsiz istehlak edərsiniz. Ancaq karbohidrat tərkibli; Süni dadlandırıcılar, şəkər, trans yağ, taxıl məhsullarından uzaq durasınız.
Gündə ən az yarım saat gəzinti etməyiniz pəhrizi dəstəkləyəcəkdir. Bu yürüş zamanı süd və ya üzvi meyvə suyu içməyiniz bədəninizi daha sakit tutacaqdır. Damaq zövqünüzə görə yuxarıda saydığımız sərf etməyiniz lazım olan qidalardan paylar yarada, metabolizmin sürətli işləməsi üçün gündə bir stəkan yaşıl çay da sərf etməyinizə fayda vardır.