Gündə 6 diş közlənmiş sarımsaq yeməyin inanılmaz faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 023
Səs ver:
(səs: 0)
Yüz illərdir sarımsaq alternativ tibb müalicələrində istifadə olunan təsirli qidalardan biridir. Bəs,güçlü antioksidant xüsusiyyətə sahib bu qidanı hər gün yesək nə olar? Sizlər üçün gündə 6 diş közlənmiş sarımsağı yeməyin bədənə verdiyi inanılmaz faydaları araşdırdıq. Közlenmiş sarımsağın faydalarını Qadinla.com sizə təqdim edir.

Yeməklərə ətir və dad verən sarımsağın, həzm sistemindən immunitet sisteminə qədər bir çox xəstəliyə faydası vardır. Aparılan araşdırmalar nəticəsində gündə 6 diş közlenmiş sarımsaq yemənin 24 saat içərisində bədənimizdə bir çox müsbət dəyişikliyi meydana gətirdiyi müşahidə olunmuşdur.

Közlənmiş sarımsaq yeməyin faydaları:

İlk 4 və 6 saat arasında metabolizmi hazırlayaraq orqanizmdə toplanmağa maili yağ və zərərli toksinləri sidik və bağırsaq yolu ilə orqanizmdən atmağa yardımçı olur.

6 və 7 saat içərisində isə bəzi qidalardan dolayı qanda əmələ gələn qeyri-müntəzəm dövranı tarazlıqlar eyni zamanda qandakı zərərli toksinlərin sayını azaldaraq, xərçəng hüceyrələrin yaranmasına da mane olur. Damarları temizləyərəkdə ürək xəstəliklərinə yaxalanma riskini azaldır.

6 və 10 saatları arasında da tərkibindəki vitaminlər orqanizmin müdafiəsini qıran sərbəst radikalların səviyyəsini aşağı salır. Qandakı trombosit hüceyrələri də tarazlaşdıraraq oynaqlarda əmələ gəlmə ehtimalı olan şişləri mane olur.

Xroniki xəstəliklər və bəzi yeməklərdən dolayı sinir sistemindəki hüceyrələr zərər görür. Bu hüceyrələrin zərər görməsi nəticəsində ruhi xəstəliklərin baş vermə sayı artır. Sarımsaq antioksidant xüsusiyyəti sayəsində bu təhlükəni aradan qaldıraraq sinir sistemini gücləndirir. Beləcə, gün boyu gümrah olmağınızı təmin edir.

Yağlı və karbonatlı yeməklər qaraciyərdə yağ toplusu yaradır. Bu da cilddə; Akne, sızanaq və yağ kütlələri olaraq ortaya çıxır. Gündə 6 diş işlədilən sarımsaq bu sağlamlıq problemlərinə səbəb olan zərərli toksinləri azaldaraq dərinin daha parlaq və canlı görünməsini təmin edir. Dərinin alt təbəqəsi dermis və dəri arasındakı dəlikləri sıxlaşdıraraq yağ yığımının qarşısını alır. Bununla yanaşı, saç və saç dərisinin strukturunu da gücləndirən sarımsaq, saçın həcmini artıraraq daha dolğun və parlaq görünməsini təmin edir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri