Həm kalorisi, həm də faydası çox olan 5 məhsul

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 423
Səs ver:
(səs: 0)
Pendir, şokolad, avokado, zeytun yağı kalorili olmalarına baxmayaraq, sağlamlıq və bədən quruluşuna müsbət təsir göstərirlər.

Qadinla.com xəbər verir ki, əzələ yığmaqda kömək edən zülalla yanaşı, pendirdə çoxlu maqnium, kalsium, fosfor, B12 vitamini var ki, onlar da bağırsaqda metabolik proseslərin düzgün tənzimlənməsinə xidmət edir.

Şokolad (qara). Şokoladın tərkibində çoxlu yağ olmasına baxmayaraq, faydalı mikroelementlərin (maqnium, dəmir, kalium, manqan, natrium, B1 və B2 vitaminləri) zənginliyi sayəsində bu məhsul xolesterinin toplanmasını azaldır. Bundan başqa, qara şokalad hədsiz iştahın ideal yatırıcısıdır.

Yumurta. Tərkibindəki böyük miqdarda xolesterinə görə o, yağlı məhsullara aiddir. Lakin son tədqiqatlar göstərir ki, yumurtanın tərkibindəki xolesterin qandakı xolesterinin səviyyəsinə təsir göstərmir. Bu məhsul bizi orqanizm tərəfindən asanlıqla həzm olunan zülalla təmin edir. Bədən quruluşunun ideal olmasında vacib qida maddələrindən biri də zülaldır.

Avokado. İsrailli alimlər kaliumla zəngin olan məhsulların çəkinin azalmasına təsir göstərdiklərini müəyyən ediblər. Avokado tərkibindəki kaliuma görə yetərincə fərqlənir. Onda digər meyvələrlə müqayisədə 40% daha çox kalium var.

Zeytun yağı. O, iştahı və qan təzyiqini aşağı salır, eləcə də anti-iltihabi gücə malikdir. Zeytun yağı sürətli yağ yandırmağa müsbət təsir göstərir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri