Bu təhlükədən xəbərdar olun - Olestra nədir?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 711
Səs ver:
(səs: 1)
Mütəxəssislər tərkibində qədərindən artıq yağ olan qidaların istehlakında diqqətli olmağı tövsiyə edir. Belə qidalarda olestra maddəsi var.

Bəs olestra nədir? Onun hansı zərərləri var?
Tərkibində çox miqdarda yağ olan qidalarda olestra maddəsi olur. Olestra maddəsi xərçəng riskini artırır. Məhz bu səbəblə mütəxəssislər tərkibində olestra olan qidalardan uzaq dayanmağı məsləhət görürlər.
Olestra qidalara kalori əlavə etməyən, yağ əvəzinə istifadə olunan maddədir. Bu maddə kartof çipsiləri, ədviyyatlı çərəz, kreker kimi yağlı qidaların hazırlanmasında kalori miqdarının azaldılması üçün əlavə edilir.
Olestra maddəsi ilk dəfə 1968-ci ildə Prokter, Mattson və Volpenhin tərəfindən kəşf olunub. 1996-cı ildə bu maddə hazır qidalara yağ əvəzi əlavə edilmək üçün qida təhlükəsizliyi ekspertləri tərəfindən təsdiqlənib. İlk olaraq "WOW" markasının istehsalı olan çipsilərə Frito Lay tərəfindən əlavə edilib.
Elə həmin illərdə olestro maddəsi ishal, şişkinlik, narahatlıq yaratdığı üçün getdikcə populyarlığını itirib. Sözügedən sintetik yağın istehlakı orqanizmin meyvə və tərəvəzlərdən vitamin əldə etməsinin qarşısını alır. Nə qədər əks-təsiri olsa da, marketlərdə satılan yüksək yağlı paketli qidaların tərkibində bu maddə var.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri