Nə qədər duz qəbul etməliyik?

Müəllif: Zeynuş
Şərhlər: 9
Baxılıb: 2 856
Səs ver:
(səs: 0)
Sağlam həyat qaydalarından biri də gündəlik natrium ehtiyacını qarşılayacaq şəkildə duz istehlak etməkdir. Gündəlik natrium ehtiyacı 2400 milliqram. Bu miqdar gündəlik 5 qram ətrafında duzla qarşılana bilər. Qidaların içində olan təbii duz (natrium) fərdlərin gündəlik ehtiyacını qarşılayar.Süfrə duzları iyotla zənginləşdirilmişdir. Çox az miqdarda (1/4 çay qaşığı) yodlu duz, gündəlik yod ehtiyacını qarşılamaq üçün kifayətdir. Yod tez itkiyə uğradığında yodlu duzlar işıq keçirməyən bağlı qablarda saxlanmalıdır.  Duzun zərərləri yüksək təzyiqə və buna bağlı olaraq ürək və damar xəstəliklərinə gətirib çıxarar. Bəzi insanlarda, böyrəyin duz (NaCl) atma tutumu məhdud ola bilər və gərəyindən çox duz alınması, hiper təzyiqin ortaya çıxmasına və ya hiper təzyiqin müalicəsində müvəffəqiyyətsizliyə yol aça bilər.Həddindən artıq duz istehlakı, sidikdə kalsium atılmasını artırar. Bu isə sümüklərdə kalsium itkisinə səbəb olar. Kalsium itkisinin artımı isə sümük əriməsinin (osteoporoz) və sümüklərin qırılma riskini artırar.Pəhriz edən şəxslərin duz istehlakına diqqət etməsi lazımdır. Çünki çox duz, bədəndə su tutulmasına gətirib çıxarar və bu vəziyyət adamda qabarıqlıq hissinə səbəb ola bilər. Ayrıca duzun iştah açan bir xüsusiyyəti olduğundan, xüsusilə pəhriz dövründə yüksək miqdarda istifadə edilməməlidir. Hamilələrdə sağlamlıq problemləri yarada bilər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri